5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Ölkə futbolu

Qriqorçuk: “İnanmıram ki, bu, mənim başıma gəlir”

“Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. İnanmıram ki, bu, mənim başıma gəlir. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Kəpəz”ə 3:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Ukraynalı mütəxəssis azarkeşlərin onun ünvanına xoş olmayan sözlər dediyini bildirib: “Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbir etdikərinə görə təşəkkür edirəm”.

“İstefa haqda düşünürsünüz?” sualını Qriqorçuk belə cavablandırıb: “Düşündüyüm şey haqda artıq danışmışam. Bu söhbətləri mətbuat konfransında müzakirə etməli deyilik”.

O, “Kəpəz”ə yenilgini faciə yox, məğlubiyyət kimi qəbul etdiyijni söyləyib: “Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir”.

“Neftçi”nin çalışdırıcısı istefasına kimlərinsə mane olmadığını vurğulayıb: “Hər mətbuat konfransında istefa ilə bağlı suallar verilir. Bunları burada müzakirə etməli deyilik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31