Ölkə futbolu
Bədavi Hüseynov: “Bəlkə Emin də penaltini qaçıracaqdı...”
Milli komandamızın müdafiəçisi Bədavi Hüseynovun Futbolxeber.az saytına müsahibəsi
- İsveçlə oyunda alınan 1:3 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Bilirdik ki, bizi güclü rəqib gözləyir. İsveç millisinin heyətində yaxşı oyunçular var. Matça yaxşı başladıq. Bir qədər bəxtimiz gətirmədi. Yarım metrdən qapıya düşə bilmədik. Sonradan rəqib üstünlüyü ələ aldı. Fasiləyə qədər qol vura bilərdik. Təəssüf ki, penaltidən yararlana bilmədik. Bəxtimiz gətirmədi. Hər şey edirdik, lakin heç cür qol vurmaq mümkün olmadı. Yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxmışdıq. Bəzi tapşırıqları yerinə yetirmək alınırdı, bəzilərini yox. İndi səhvlərimizdən nəticə çıxarmalıyıq ki, Slovakiya ilə matçda daha uğurlu çıxış edək.
- Start heyətində “Qarabağ”ın 6 futbolçusu yer almışdı. Lakin bu amil də millimizə kömək etmədi...
- Müdafiə xətti tamamilə “Qarabağ”ın oyunçularından qurulmuşdu. Məğlubiyyətə konkret səbəb göstərmək çətindir. Belə baxanda müdafiədə olunurduq, əks hücumlara çıxırdıq, qol epizodları yaradırdıq. Lakin sonluqda nəsə çatışmırdı. Çalışacağıq bunu düzəldək. Düzdür, “Qarabağ”ın oyunçuları start heyətində çoxluq təşkil edirdi. Lakin biz millidə çox az birlikdə oynayırıq.
- Komandanın təcrübəli üzvlərindən biri kimi penalti epizodunda yaşananları necə dəyərləndirərdiniz?
- Penaltiləri Emin də, Ramil də yerinə yetirir. O epizodda da öz aralarında danışdılar. İstəməzdim bu məsələ çox uzansın. Futbolda belə hallar olur. Ramil də istəyir ki, qol vursun, özünüinamlı olsun. Emin də zərbəni yerinə yetirə bilərdi. Lakin jest etdi. Bəlkə Emin də penaltini qaçıracaqdı... Bu, lotoreyadır.
- Slovakiya ilə matçdan gözləntiləriniz nədir?
- İsveçlə matçda çox güc itirdik. Buna görə də ilk növbədə bərpa olunmalıyıq. Bizi rəqib meydanında çox çətin oyun gözləyir. Slovakiya son Avropa çempionatında yaxşı təsir bağışlayıb. Güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, layiqli oynayaq və vətənə yaxşı əhval-ruhiyyə ilə qayıdaq.
- Avrokuboklar, yerli çempionat və Millətlər Liqası - bu gərgin qrafika dözmək nə dərəcədə çətindir?
- Öyrəncəliyik. Artıq illərdir bu cür sıx qrafikdə oynayırıq. Həm avrokuboklarda mübarizə aparırıq, həm də daxili çemopionatda. Üstəlik də, millinin oyunları. Düzdür, millinin bəzi üzvləri bu cür sıx qrafikə öyrəşməyib. Amma dediyim kimi, bizim üçün bu, ilk hal deyil. Xüsusən də Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadənin adını çəkərdim. Onlar daim oynayırlar. Bütün bunları nəzərə alanda Slovakiya ilə matçın çətin keçəcəyi görünür. Ona görə də ilk növbədə əlimizdən gələni etməliyik ki, itirdiyimiz gücü tez bərpa edək.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
-
12:16
Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
11:48
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:29
"Qarabağ" Duranla bağlı həkimlərin rəyini gözləyir
-
10:52
"Atalanta"dan Möhtəşəm geridönüş VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi
27.02.2026
26.02.2026























