Ölkə futbolu
Ayxan Quseynov “Qarabağ” üzərində qələbəni şərh etdi: “Çoxdandır bu anı gözləyirdik”
“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Qarabağ”ı məğlub etməklə turnir cədvəlində zirvəyə yüksəldiniz. Qələbəni necə şərh edərdin?
- Çoxdandır bu anı gözləyirdik. Məşqlərdə çox ciddi hazırlaşırdıq. Məlum məsələdir ki, “Qarabağ” güclü komandadır. Onlar barədə nəsə demək artıqdır. Baş məşqçimiz tapşırmışdı ki, taktiki cəhətdən diqqətli oynayaq, səhv etməyək. Çünki bu halda rəqib bizi dərhal cəzalandıra bilərdi. Özümüz isə əks-hücumlara daha çox diqqət ayırırdıq.
- Demək olar ki, Kurban Berdıyevin qurduğu taktika özünü doğrultdu?
- Düzdür, müəyyən səhvlərimiz olurdu. Hər halda “Qarabağ”a qarşı oynayırsansa, səhvsiz çox çətindir. Amma bütün gücümüzü meydanda qoyduq. Əlimizdən gələni etdik ki, Berdıyevin tapşırıqlarını yerinə yetirək. Əgər qol buraxmadıqsa və qələbə qazandıqsa, deməli, hər şey alındı.
- Matçın sonlarına yaxın bir neçə qol şansını boşa verdiniz. İkinci qolu vurub, oyunun taleyini daha tez həll etməyinizə nə mane oldu?
- Həqiqətən də epizodlarımız var idi. Düşünürəm ki, bir qədər soyuqqanlılıq çatmadı. Müdafiədə konsentrasiyanı itirmədik. Tapşırıqları lazımi səviyyədə yerinə yetirdik. Lakin hücumda daha keyfiyyətli, daha soyuqqanlı olmaq lazımdır. Məşqlərdə bunun üzərində çalışırıq. İnanıram ki, tezliklə yaxaladığımız şansları daha yaxşı dəyərləndirəcəyik. Bunun üzərində işləyirik.
- Bir epozidda Riçard Almeyda kobud oynasa da, hakim ikinci sarı vərəqəni göstərmədi və bu, bir qədər narazılıqla qarşılandı. Həmin epizod barədə nə deyəö bilərsən?
- Hakimlərin qərarını şərh etmək istəmirəm. Sadəcə onu deyim ki, bəli, epizodu gördüm, məncə, hakimin qərarı düzgün idi. Cərimə olsa da, sarı vərəqəlik epizod deyildi. Hakimlərdən hər hansı bir narazılığım yoxdur.
- Növbəti turda “Səbail”i qəbul edəcəksiniz. “Turan Tovuz” uğurlu çıxışını bu matçda da davam etdirə biləcək?
- “Səbail” yaxşı komandadır. Son turda böyük hesablı qələbə qazanıblar. Buna görə də Tovuza yüksək əhval-ruhiyyədə gələcəklər. Lakin hamı bilir ki, bizim meydanımızda oynamaq rəqiblər üçün çətindir. Azarkeşlər bizə gözəl dəstək verirlər. “Səbail”lə matça da 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, həm uğurlu çıxışımızı davam etdirək, həm də azarkeşlərimizi sevindirək.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
-
12:16
Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
11:48
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:29
"Qarabağ" Duranla bağlı həkimlərin rəyini gözləyir
-
10:52
"Atalanta"dan Möhtəşəm geridönüş VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi
27.02.2026
26.02.2026























