26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi məğlubiyyəti şərh etdi

“Sabah”ın baş məşqçi Krunoslav Renduliç Konfrans Liqasının üçüncü mərhələsində “Sent Patriks”ə (İrlandiya) məğlubiyyəti (0:1) şərh edib.
 
Futbolxeber.az saytının məlumatına görə, səfərdə keçirilən matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis əvvəlcə rəqibi qələbə münasibəti ilə təbrik edib. O deyib ki, irland təmsilçisi qələbə layiq olub.
 
“İlk 10-12 dəqiqə topa nəzarət demək olar ki, tamamilə bizim tərəfdə idi. Lakin sonra lazımsız səhvlər etdik. Vaxtında, tez qərarlar verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz sadəcə ilk 90 dəqiqəni 0:1 hesabı ilə uduzduq. Hələ heç nə həll olunmayıb”, - deyə Renduliç bildirib.
 
Qeyd edək ki, “Sabah”la “Sent Patriks” arasında cavab matçı avqustun 15-də Bakıda keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31