21 Oktyabr 2025, Çərşənbə axşamı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı
"Qəbələ"dən hakimlərə etiraz
"Sumqayıt"dan əlamətdar qələbə

Ölkə futbolu

"Qarabağ"ın U-16 komandası Estoniyada çempion oldu

"Qarabağ"ın 16 yaşadək uşaqlardan ibarət komandası “Tallinn Cup” turnirinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz Estoniyada beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə mübarizə aparıb və 2:0 hesabı ilə qalib gəlib. Rəqib qapısına Sahib Əliyev və Fərhad Abbasov yol tapıb.

Turnirdə 6 oyunun hamısında qazanan U-16 yarışın qalibi olub. Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb. Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

Qeyd edək ki, komanda bunadək “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

Əlavə edək ki, “Qarabağ”ın U-16 komandasının baş məşqçisi Rəşad Sadiqov, köməkçi məşqçi isə Səbuhi Həsənovdur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31