Ölkə futbolu
Junior Martins: “Zirə”dəki ilk oyunumda qol vurmaq xoş hisslər yaratdı”
“Zirə”nin yeni transferlərindən olan Junior Martinsin Futbolxeber.az saytına müsahibəsi
- Artıq 2 həftəyə yaxındır “Zirə”nin düşərgəsindəsiniz. Adaptasiya necə keçir, artıq yeni komandaya tam öyrəşə bilmisiniz?
- “Zirə”də olduğum üçün xoşbəxtəm. Buradakı komanda yoldaşlarım və məşqçilər heyəti tərəfindən olduqca istiqanlı qarşılandım. Adaptasiya prosesi çox yaxşı gedir.
- “Kəpəz”dən fərqli olaraq “Zirə”nin məqsədi Premyer Liqada qalmaq deyil. Junior Martins özünü iddialı komandada isbatlamağa hazırdı?
- “Zirə” Azərbaycanın böyük klublarından biridir. Bura gəlməkdə məqsədim var. “Zirə”də tarix yazmaq və titullar qazanmaq istəyirəm. Hara gəldiyimi bilirəm. Biz komanda olaraq hər bir turnirdə daim döyüşmək istəyindəyik. Çempion olmağa, bu hissləri burada yaşamağa hazıram.
- Təlim-məşq toplanışı çərçivəsində artıq 2 yoxlama oyunu keçirmisiniz. Bu görüşlərdə komanda özünü necə göstərdi?
- İki yoldaşlıq görüşü keçirmişik. Bu, komanda üçün olduqca yaxşıdır. Mənə görə Rəşad Sadıqov kimi bir məşqçinin oyun üslubuna öyrəşmək, onun rəhbərliyi altında oynamaq olduqca vacibdir.
- Ümumiyyətlə, hazırlıq prosesinin gedişatını necə dəyərləndirirsiniz?
- Məşqlərimiz səmərəli keçir. İndidən deyə bilərəm ki, biz mövsümə 100 faiz, kompakt şəkildə hazır olacağıq.
- “Orenburq”la matçda qeyri-rəsmi də olsa, “Zirə”də qol hesabını açdınız. Azarkeşlər eyni performansı ilk rəsmi görüşdə də görə biləcəklər?
- "Zirə"dəki ilk oyunumda qol vurmaq xoş hisslər yaratdı. Azarkeşlərimiz mənim bu formada daha çox qollarımı görəcəklər. Onlara sevinc bəxş etmək üçün buradayam.
- Avroliqanın startına elə də çox qalmayıb. “Şerif”lə mübarizədə şansları necə dəyərləndirirsiniz?
- Bu matça hazırlaşmağa təxminən 2 həftə vaxtımız qalıb. "Şerif"ə qarşı keçirəcəyimiz matçlara köklənmişik. İnanıram ki, hər iki oyunu qələbə ilə sonlandıracağıq.
- Cütün favoriti göstərilən “Şerif”in kağız üzərindəki üstünlüyünü meydanda əks etdirməməsi üçün “Zirə” daha çox hansı məqamlara fikir verməlidir?
- Bəli, çoxları Moldova təmsilçisinin favorit olduğunu deyir. Amma mənə görə bu cütdə favorit yoxdur. Bizi qarşıda iki gərgin görüş gözləyir. Biz mərhələni keçmək uğrunda 100 faiz gücümüzü göstərməyə hazırıq.
- Yəqin hazırda davam edən hər iki böyük turniri izləyirsiniz. Avropa çempionatı daha maraqlıdı, yoxsa Amerika kuboku? Hər iki turnirdəki favoritləriniz hansı komandalardır?
- Hər iki turnir nəhəng, güclülərin mübarizə apardığı yarışlardandır. Orada ulduz, istedadlı gənc oyunçular çıxış edir. Hər bir turniri izləyirəm və mənə görə onları müqayisə etmək düzgün deyil. Belə yarışların nə qədər çətin olduğunu dərk edirəm. Mənim azarkeşlik etdiyim komandalar Amerika kubokunda Braziliya, AVRO-2024-də isə Portuqaliya millisidir.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
-
12:16
Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
11:48
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:29
"Qarabağ" Duranla bağlı həkimlərin rəyini gözləyir
-
10:52
"Atalanta"dan Möhtəşəm geridönüş VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi
27.02.2026
26.02.2026























