26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

“Səbail” ukraynalı legionerlə Türkiyədə müqavilə imzalayacaq

"Səbail" heyətini yeni legionerlə gücləndirir.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu Portuqaliyanın "Lusitaniya" klubunda çıxış edən Dmitro Litvinlə razılıq əldə edib.

27 yaşlı müdafiəçi yeni klubunun düşərgəsinə Türkiyədə qoşulacaq. Belə ki, Litvin “Səbail”in Bakıdakı deyil, qardaş ölkədə hazırlıq prosesinə qoşulacaq. Onunla rəsmi müqavilə də Ərzurumda imzalanacaq.

Qeyd edək ki, Dmitro Litvin karyerası ərzində "Aveş", "Fafe", "Benfika" B, "Zarya"(Luqansk), "Olimpik" (Donetsk), "Akron" (Tolyatti), "SKA-Xabarovsk", "Klaksvik" klublarında oynayıb.

Əlavə edək ki, Dmitro Litvinin “Səbail”ə transfer olunması ilə bağlı xəbəri ilk olaraq Sportlife.az saytı yayımlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31