28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Monteneqrolu yarımmüdafiəçi: "Azad agent kimi "Neftçi"yə keçirəm"

"Neftçi"nin yayda heyətinə cəlb edəcəyi ilk oyunçu bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, paytax təmsilçisi monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçla razılıq əldə edib.
 
"Ballkani"nin (Kosovo) futbolçusunun mövsümün sonunda klubu ilə müqaviləsi başa çaacaq və o, "Neftçi"yə azad agent kimi keçəcək.
 
30 yaşlı futbolçu  "Neftçi"yə mümkün keçidi ilə bağlı "KosovoPress"ə açıqlama verib: "Neftçi" mənimlə hələ yanvarda maraqlanmışdı. Həmin vaxt  oyunçu çatışmazlığımız olduğuna görə qərara gəldik ki, yaya qədər gözləyək. Artıq klubla müqaviləm başa çatıb. Mən azad agent kimi "Neftçi"yə keçirəm".
 
Qeyd edək ki, Edvin Kuç bu mövsüm "Ballkani"də ümumilikdə 49 oyuna 7 qol vurub, 4 qol örürməsi edib. Monteneqrolu futbolçu "Deçiç", "Usti nad Labem", "Mladost", "Rudar", "Qjilani" klublarında da oynayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28