24 Oktyabr 2025, Cümə
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Musanın adı niyə iştirak ərizəsinə salınmayıb?

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, Musanın adı bu matçın iştirak ərizəsinə salınmayıb.

Komandanın baş məşqçi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında bunun səbəbi ilə bağlı da danışıb. O, heyətdəki rəqabət səbəbindən Musaya şans verilmədiyini bildirib: “Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.

Qeyd edək ki, Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. "Yurqorden" hazırda 7 xalla liderdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31