Ölkə futbolu
Monqolustan millisinin baş məşqçisi: "Futbolçularım fantastik çıxış etdilər"
Monqolustan millisi "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olub.
Futbolxeber.az saytının məlumatına görə, rəqibin baş məşqçisi İçiro Otsuka matçdan sonra keçirilən mətbuat konfransında komandasının yenilgisini belə şərh edib: “Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşı oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol buraxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amma bu da azdır. Gərək hücumda da artıraq. Hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma təşəkükr etdim. Fantastik çıxış etdilər. Növbəti oyun haqda fikirləşəcəyik”.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Dünən demişdiz ki, Azərbaycan millisini Yaponiya ilə müqayisə edərdim, bu komandaların eyni gücdə olduğunu iddia edirdiz. 2021-ci ildə Yaponiya Monqolustana rahatlıqla 14 qol vurmuşdu, bu gün Azərbaycan güc-bəla ilə 1 qol vurdu. Bu fikrinizdə qalırsız yenə?
- Azərbaycan millisi yüksək səviyyəli komandadır. Ən azından bizim üçün. Azərbaycanla Yaponiyanın müqayisəsinə gəldikdə, Yaponiyanın heyətində demək olar ki, bütün oyunçular Avropada çıxış edirlər. Azərbaycan kimi komandalara qarşı oynamaq yaxşı təcrübədir. Asiyada əsasən zəif komandalarla oynayırıq. Bugünkü standart fərqli idi. Biz keçən il Gürcüstana qarşı oynamışdıq, ilk hissə 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq. Qismən də müdafiə xəttimiz rəqibin rahat oynamasına imkan vermədi.
- Matç heç-heçə başa çatsaydı, sizin özünüz üçün sensasiya olacaqdı? Bunun üçün nə çatmadı?
- Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Keçən il Səudiyyə Ərəbistanına qarşı oynayırdıq, sona üç dəqiqə qalmış 1:0 öndə idik. Amma üç qol buraxıb, uduzduq. Bu gün də eyni şey baş verdi. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram, bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik.
- Qol buraxdıqdan sonra təzyiqiniz oldu. Niyə ilk dəqiqələrdən belə oynamadınız, rəqibdən çəkindiniz?
- Yeni gəlmişəm. Hələ ki ilk olaraq müdafiə üzərində işləməyə başlamışıq. Növbəti il üçün hücum davranışı üzərində işləyəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- “Xorvatiyadan vətənə qayıtmaq fikrim yoxdur, əksinə, daha da irəli getmək istəyirəm”
- "Karvan-Yevlax" öz meydanına qayıdır
- Söyəni bildik, bəs söydürənlərə hansı cəza düşür?
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- “Neftçi”nin muradı...
- Şahruddin limiti ləğv edənləri “bombaladı”: “Vəziyyət daha da pisləşəcək, tunelin sonunda işıq görmürəm”
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- Millimizin üzvü: “Layiqli mübarizə apardıq, lakin məğlubiyyət məğlubiyyətdir”
-
10:54
Rüfət ehtiyatda qaldı, komandası uduzdu
-
10:21
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü VİDEO
-
10:03
Cəlalın komandası 1/4 finala yüksəldi
-
09:45
"Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışda
-
09:30
Premyer Liqamızda 15-ci tur start götürür
-
18:05
Elvin gündəm olan uşağı ziyarət etdi
-
17:23
"İnter"də ciddi itki
-
16:52
Premyer Liqada ayın ən yaxşı məşqçisi odur
-
16:34
Voleybol millilərimizin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub
-
15:18
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
-
14:41
Kasper Dolberq: “Qarabağ”la matçdakı çıxışımız necə komanda olduğumuzu göstərdi”
-
14:00
Vernidub: “Müddət bitdikdən sonra mütləq qayıtmalıyam”
-
13:27
Futzal millimizin üzvü əməliyyat olundu
-
12:56
Dominqes və Abdullayev dünya üçüncüsü oldu, Məmmədov finalda
-
12:39
“Botafoqo” “Qarabağ”ın legionerinə təklif göndərdi - rədd cavabı aldı
-
12:13
Dünya reytinqi: “Qarabağ” və “Araz-Naxçıvan” gerilədi
-
11:42
A seriyasında ayın ən yaxşı oyunçu müəyyənləşdi
-
11:25
UEFA reytinqində neçənciyik?
-
11:08
Avropa çempionatı: Dörd boksçumuz 1/4 finalda
-
10:54
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:31
Səhhəti pisləşən Kamal Quliyev kömək istəyir
-
10:17
6 klub Avroliqada pley-offu təmin etdilər
-
10:00
"Səbail" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:52
“Neftçi”nin 2025-ci ildəki son ev oyununun biletləri satışda
-
19:21
"Araz-Naxçıvan" liderə qalib gəlib
-
19:04
Fransa klubunda baş məşqçi istefası
-
18:17
Lənkəran klubunun şikayəti təmin edilmədi
-
17:43
PFL “Qəbələ” - “Turan Tovuz” oyunu ilə bağlı qərarını açıqladı
-
16:55
Adil Şükürovdan uğurlu debüt: “Səbail” I pillə ilə xal fərqini azaltdı
-
16:38
Sabiq “Neftçi”li yenidən “Yenisey”də
-
16:00
Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb
-
15:26
“Neftçi”nin hücumçusunu millidən Eto'O uzaq salıb?
-
15:12
FIFA reytinqi: Azərbaycan millisi 74-cüdür
-
14:49
U-19 millimizin də rəqibləri bilindi
-
14:01
XV turun hakim təyinatları
-
13:37
Millimizin rəqibləri müəyyənləşib
-
13:24
Portuqaliyalı qapıçı karyerasını başa vurdu
-
12:53
3 boksçumuz dünya çempionatında yarımfinala yüksəlib
-
12:18
Elvin Cəfərquliyev: “O dəqiqələrdə geriyə çəkilsəydik, düzgün olmazdı”
-
12:06
Futzal millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
-
11:45
Bakıda 2 qol vurdu, həftənin ən yaxşısı adına namizəd oldu
-
11:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:52
ÇL: Bu 5 klub pley-offu təmin etdi
-
10:31
Real" öz meydanında "Mançester Siti"yə uduzdu VİDEO
-
10:17
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
-
10:00
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
00:57
"Bu, futbolumuzun ağrılı yeridir”
-
00:24
"Ayaks"ın baş məşqçisi: "Qarabağ"ın çətinlik çəkdiyi mövqeni bilirdik"
-
00:13
“Qarabağ” - “Ayaks” oyununun ən yaxşı oyunçusu müəyyənləşdi
-
23:38
“Qarabağ” “Ayaks”a məğlub oldu
13.12.2025
12.12.2025
11.12.2025
10.12.2025























