Ölkə futbolu
Qurban Qurbanov: “Bu gün meydanda xalqın layiqli komandası var idi”

"Futbolçularıma təşəkkür edirəm, həmçinin bizim möhtəşəm azarkeşlərimizə də. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik haradan yaranıb? Xalqımızı çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə Bakıdakı cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, İkinci Qarabağ müharibəsindən sonra daha ürəkli olduğunu bildirib: “Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş Komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab Prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına Prezident seçildi... İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbir etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm".
Mütəxəssis Nəriman Axundzadənin ilk matçda fərqlənə bilməməsinə, lakin bu gün komandasını 1/8 finala aparan qolu vurmasına toxunub. İlk görüşdən sonra "Bəlkə də Nəriman həmin qolu vursaydı, tez böyüməyəcəkdi" - deyə söyləyən baş məşqçi oyunçusunun 1 həftəyə mənəvi baxımdan böyüdüyünü bildirib: "Bəli, Nəriman çox böyüdü və çox böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi".
O, "Hesab 0:2 olarkən nə düşünürdünüz" sualını belə cavablandırıb: "0:2-dən sonra düşünəcək bir şey yox idi. Belə matçlarda nə rəqibin, nə də özümüzə qırmızı vərəqə göstərilməsini istəmirəm. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vərəqə vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressiv olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu".
Qurbanov qarşıdakı hədəflərdən söz açıb: "Onsuz da, biz ümidlə yaşayırıq, çalışırıq. Qarşımıza məqsəd qoymuruqsa, nə dəyərimiz olar, nə də nəticəmiz. Bu cür qələbər futbolumuz üçün böyük uğurdur. İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik. Həmişə demişəm, uduza bilərik, hansısa turnirdə istədiyimizi etməyə bilərik, amma rəhbərlik başda olmaqla, bu klubda məsuliyyətsiz insan yoxdur. Olursa da, tez bir zamanda bu düşərgəni tərk edir. Bir şeyi bilin ki, məsuliyyətlə çalışırıq, Azərbaycanı, "Qarabağ"ı düşünürük".
Mütəxəssis 1/8 finalda xüsusi olaraq hansısa bir komanda ilə qarşılaşmağı arzulamadığını deyib: "Arzuladığım rəqib yoxdur. Sabah biləcəyik".
O, əzmkarlıqlarının və xarakter göstərməklərinin sayəsində oyunda dönüş edə bildiklərini qeyd edib: "0:2-dən sonra istəyirdim ki, 90 dəqiqədə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa, olsun, məğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi".
Q.Qurbanov "Bu gün rəqib üstün oynadı. Əlavə dəqiqələrdəki qollar və Nərimanın xilaskarlığı... Bu ssenari haqda nə deyərdiniz" sualına bu cür cavab verib: "Rəqib 90 dəqiqədə qalib gəldi. Amma hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. Buna qədər oyun tam istədiyimiz kimi idi, üstünlük bizdə idi. Nərimana gəlincə, dünya futbolunda belə hallar olub. Hansısa oyunçu penaltini qaçırıb, ya penalti edib, sonda qələbə qolunu vurub. Futbol bu cür hallara görə çox sevilir. Hamımız səbirli olmalıyıq. Futbol elə oyundur ki, düşünmədiyimiz anlar, epizodlar olur. Sona kimi inanmaq və güvənmək lazımdır".
Mütəxəssis milli komandanın hazırkı durumu və gələcəyi ilə əlaqədar verilən sualı bir neçə sözlə cavablayıb: "İnşallah, yaxşı olar. Allah xeyirlisini nəsib etsin".
Qurban Qurbaniv "İlklər həmişə yaddaqalan olur. İlk çempionluq və ilk dəfə Çempionlar Liqasının qrupuna düşəndə sevinc gözyaşlarınızı saxlaya bilməmişdiniz. Növbəti gözyaşlarınızı görmək üçün "Qarabağ" hansı uğura imza atmalıdır" sualını "Nə bilim (gülür). Baxarıq da" sözləri ilə reaksiya verib.
O, oyundan əvvəl azarkeşlərin "Qarabağ"ın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovla özünün plakatanızı asmasına da münasibət bildirib: "Birbaşa deyim ki, çox duyğulandım. Sonda da kənara baxdım. Çünki Allahverdi Bağırov əvəzolunmaz biri idi".
Mütəxəssis Elvin Cəfərquliyevin qırmızı vərəqə alması və Bəhlul Mustafazadənin rəqibin penalti qazanmasına səbəb olması haqda da danışıb: "Elvinə bilirsiz nə dedim? Qucaqladım və dedim ki, oğulsan. Uduza bilərik, amma bu komandaya qarşı belə ürəklə oynamaq... Əgər futbolçum "Braqa"nın oyunçusundan çəkinmirsə, 50-60 metr irəli qaçırsa, geri qayıtmaqdan qorxmayıb, hücuma gedirsə, buna ürək lazımdır. Onların əziyyətinə, məsuliyyətinə və döyüşkənliyinə görə, həmin epizodlar üçün onları qınamaq düzgün olmaz. Bu gün meydanda bərk futbolçularım var idi. Bir gün Nəriman vurur, başqasının səhvini sığortalayır, başqa gün digəri vurur Nərimanın səhvini sığortalayır. Dünyada futbolu analiz etməyən biri yoxdur. Bu da futbolun sevilməsinə gətirib çıxarır. Deyim ki, Nəriman hansısa təzyiqi götürdü... Nərimanın qolu xalqımıza sevinc bəxş etdi".
Baş məşqçi oyunun gedişatında futbolçularla etdiyi söhbətdən də söz açıb: "Təcrübəmiz var. Tək bu günün işi deyil. Şanlı zəfərimizdən sonra futbolçulardan daim ürəkli olmağı, heç kimdən çəkinməməyi tələb edirəm. Buna səbəb var, bayaq dedim. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladları və komandasıyıq. Hər oyundan əvvəl bu fikirləri futbolçularıma çatdırıram. Bu cür azarkeş qarşısında oynayanda, heç bəzən mənim motivasiyama ehtiyac olmur. Meydana çıxanda, sona qədər vuruşmağa, ürək qoymağa hazır idilər".
O, jurnalistin "Mətbuat konfransına daxil olanda sizi hamı alqışladı. Yarımfinal və finala çıxsanız, sizi necə təbrik edəcəyik? "Qarabağ"a qarşı "İnter"lə oyunda edilmiş haqsızlıqdan sonra "Dnepr" finala qədər irəliləmişdi. Sizcə, bu mövsüm ədalət bərqərar olar" sualını cavabsız qoymayıb: "Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək".
Q.Qurbanov "Qarabağ"ın futbolçularına digər klubların marağının artacağı halda buna yalnız sevincəcəklərini vurğulayıb: "Təki olsun. Klub olaraq böyüməliyik. Belə şeylər olmasa, Avropa transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Onlar olarsa, həvəsli olacağıq, hansısa oyunçunu satıb, transfer edə biləcəyik. Təbii ki, istəyərdim bu kollektiv qalsın. Amma bəzən bizdən asılı olmayan səbəblər var. Elə hallar olsa, demək işimiz çoxalacaq".
O, "Qarabağ"ın tarixindən yazılacaq kitabın adı necə yazılmalıdır" sualına "Bu suala hazır deyiləm. Məni azdan-çoxdan tanıyırsınız, çox da öz uğurumuz haqda danışmağı, böyütməyi istəmirəm. Bu, məndən asılı və mənə aid olan məsələ deyil" - deyə cavablayıb.
Qurban Qurbanov Portuqaliyada keçirilən ilk oyundakı qələbədən sonra futbolçularını başına yığmış və onlarla danışmışdı. Mütəxəssis futbolçulara dediyi sözlər barədə Bakıdakı görüşdən sonra danışacağını qeyd etmişdi. O, bu mövzu haqda bunları söyləyib: "İşimizlə bağlı danışıq idi. Portuqaliya klubuna 4 qol vurmuşuqsa, ola bilər futbolçularımıza rahatlıq gələrdi. Yəni səfərdə vurmuşuqsa, Bakıda 100 faiz qalib gələcəyik. Bir tərəfdən yaxşı səbəbdir, digər tərəfdən mane olardı. Kiçik dialoqumuz oldu ki, heç nə etməmişik və Bakıda daha çox güc sərf etməli olacağıq. Müsahibələrimizdə diqqətli olmalı olduğumuzu demişdim".
Baş məşqçi "Xankəndidə ilk oyununuzu keçirmisiniz. Avrokubok matçını Xankəndidə keçirmək istəyərdinizmi" sualını belə cavablandırıb: "Xankəndidəki anlar, o gün... Əvəzolunmaz gün idi. İnanın ki, cənab Prezident topa ilk zərbəni vuranda onunla qürur duydum, ləzzət aldım. Futbolçularımın rəqibdən çəkinməməsi... Oyunçularımız müharibə zamanı hadisələrlə çox maraqlanıblar, onlara igidlərimiz haqda məlumatlar verilib. Qələbəni də başda cənab Prezident olmaqla, xalqımıza həsr edirik".
Qurbanov sonda köməkçisi Elçin Rəhmanovun qırmızı vərəqə ilə cəzalandırılmasına da toxunub: "Bu komandada Elçinin rolu danılmazdır. Mənim ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var. Onun bu fikirləri komandaya fayda verir. O, qırmızı vərəqə alandan sonra bəzən çevrilirdim ki, nəsə deyim, görürdüm, Elçin yoxdur. Daha sonra uyğunlaşdım. O da bir zərbə idi. Amma komanda bacardı. Qarşıdakı oyunda Elçin yanımda olmayacaq. Amma yenə də ünsiyyətdə olacağıq".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Freddi Varqas rəsmən “Neftçi”də
-
10:35
Peşəkar Futbol Liqasından II Liqa klublarına dəstək
-
10:14
ÇL: "Araz-Naxçıvan"ın iki oyunu üçün təyinatlar açıqlanıb
-
10:00
Leandro Andrade: “Fikirləşmirik ki, 1:0 hesabı ilə qalib gələcəyik, yaxud 5:0”
-
09:53
"Ferensvaroş"un baş məşqçisi: "Qarabağ"dan danışdı
-
09:27
"Fənərbaxça" "Feyenoord"a 5 qol vurdu VİDEO
-
09:08
Tahir Gözel: "İnşallah, “Liverpul”u, PSJ-ni Bakıda görəcəyik”
-
08:42
Balaəli “Qarabağ”ın qələbəsindən danışdı: “Komanda bu il ÇL-də daha da irəli gedəcək”
-
00:36
UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
-
00:21
"Qarabağ"dan 5 qollu qələbə VİDEO
-
00:09
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
-
23:00
Qurban Qurbanov: “Azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur”
-
22:53
AFFA prezidentindən təbrik
-
22:21
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"
-
21:45
"Qarabağ" ÇL-in pley-offunda!
-
20:37
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
19:16
Tahir Gözel “Şkendiya”nın sahibi ilə görüşdü
-
18:42
“Tofiq Bəhramov”da fan-zona yaradıldı FOTOLENT
-
17:54
"Bayer" yarımmüdafiəçi transfer etdi
-
17:03
"Araz-Naxçıvan" Nikosiyadadır
-
16:49
"Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
-
16:37
“Neftçi”nin açıq məşqi olacaq
-
16:25
Qəbələdə boks hakimləri üçün seminar keçirilib
-
15:51
Sabiq "Qalatasaray"lı yenidən Türkiyə klubunda
-
15:40
Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb
-
15:18
“Sumqayıt” - “Kəpəz” oyununun biletləri satışda
-
14:32
"Neftçi"nin “Palms Sports” Futbol Mərkəzinin yeni görünüşü VİDEO
-
14:04
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda daha bir seminarı baş tutub
-
13:59
Millimiz Monteneqro ilə qarşılaşacaq
-
13:23
PSJ Ukrayna millisinin üzvünü heyətinə qatdı
-
12:46
“Benfika”nın üzvü Azərbaycan klubunda
-
12:17
"Trabzonspor" mövsümə qələbə ilə başladı VİDEO
-
11:35
Azərbaycan klubu ABŞ-dən transfer etdi
-
11:08
Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu
-
10:51
Voleybol millimiz Belçikaya yollanıb
-
10:24
Cəlal "Lokomotiv"ə qarşı oynadı VİDEO
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:49
Renatın komandasından heç-heçə
-
23:57
“Qarabağ” “Şkendiya” azarkeşləri üçün ayrılmış biletləri də satışa çıxarır
-
23:05
“Neftçi”nin yeni transferi: “Həm xoşbəxt, həm də motivasiyalıyam”
-
22:32
"Traktor" Superkuboku qazandı
-
21:13
"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi
-
18:48
Mikels“Şamaxı"nı "Zirə”yə dəyişdi
-
18:20
Qurban Qurbanov: “Sabah bərk durmağı bacarmalıyıq”
-
17:56
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
-
17:31
Millimizin rəqibləri məlum olub
-
17:18
"Karvan" daha bir legioner transfer etdi
-
16:49
Azərbaycanın boks hakimi Asiya çempionatının ən yaxşısı seçilib
-
15:24
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
-
15:07
"Zirə" - "Araz-Naxçıvan" oyununun tarixi dəyişdirildi
-
14:53
“Səbail” qapıçı transfer etdi
13.08.2025
12.08.2025
11.08.2025













