Ölkə futbolu
37 yaşını qeyd edən Rüstəm Allahverdiyev: “İnsanın canı sağlam olduqdan sonra hər şey qazana bilər”

“Hələ ki gələcək fəaliyyətimlə bağlı heç bir yenilik yoxdur”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri bir müddət əvvəl “Neftçi”dən ayrılan Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəisi Rüstəm Allahverdiyev deyib.
O, bir müddət istirahət etdiyini bildirib: “Son 3 ildə istirahət etmədən, məzuniyyətə çıxmadan işləmişəm. Öz-özümə dedim ki, bir az istirahət etmək lazımdır. Bir müddətdən sonra yeniliklər olacaq. Təbii ki, belə qala bilməz. Mənim də ailəm, uşaqlarım var, onları düşünməliyəm (gülür)”.
“Neftçi”dən öncə Sumqayıt Sənaye Parkının mətbuat xidmətində çalışan Rüstəm Allahverdiyev yenidən futbolda deyil, başqa sferada çalışa biləcəyini istisna etməyib: “Başqa yerdən təklif olub. Amma danışıqları bayramdan sonraya saxlamışdıq. Ölkədə iş 2 gündür başlayıb. Yəqin ki, yaxın günlərdə bu məsələni müzakirə edəcəm. İşlə bağlı konkret təkliflər yox, sadəcə müzakirələr olub. Konkret söhbət olmayıb. Hələ ki, futbol sahəsində qalmaq istəyirəm. Çünki son 5 ildə bu ixtisas üzrə bir çox dünyada tanınan kursları başa vurmuşam. Hazırda Baxçaşəhər Universitetində bu sahədə təhsil alıram. Burada ixtisaslaşmaq istəyirəm. "Neftçi"də olduğum dönəmdə sübut etmişəm ki, Azərbaycanda idman (futbol) marketinqi var və bunu inkişaf etdirmək olar. "Neftçi"də geriyə dönüb baxsaq, nə qədər böyük işlərin baş tutduğunu görə bilərsiniz. Bu barədə çox danışmaq istəmirəm. Bircə sözlə ifadə etsəm, son 5 il ərzində "Neftçi"nin marketinq departamentinin və klub rəhbərliyinin dəstəyi ilə kluba 15 milyon manata yaxın vəsait qazandırılıb. Bunun üçün qarşımıza qoyulan plan, büdcə il tamam olmamış artıq 3-4 ayın içində həll olunmuşdu. Plan da artıqlaması ilə icra olunmuşdu. Məqsədlər fərqli olanda, baxışlar da fərqli olur. "Neftçi"də planlaşdırdığım və edə bilmədiyim, yarımçıq qalan layihələri istərdim ki, başqa bir klubda tətbiq edim və tamamlayım. Başqa sahədə isə uyğun bir təklif olarsa, niyə də olmasın!?”
Allahverdiyev “Maraqlıdır, kənardan Azərbaycan futbolu necə görünür?” sualını belə cavablandırıb: “Kənardan futbolu belə ifadə edə bilərəm. Bir qədər asan görünür. İşdən çıxdıqdan sonra baxdığım ilk oyun "Neftçi"nin "Ərzurumspor"la baş tutan yoldaşlıq matçı oldu. Futbol asan deyil. İçəridə 90 dəqiqəlik bir matçın baş tutması üçün hansı proseslərin getdiyini bu sahədə işləmiş biri olaraq olduqca yaxşı bilirəm. Kənardan bunun necə olduğunu hələ hiss edə bilməmişəm. Buna cavab vermək bir qədər çətindir. Müəyyən dövr olub ki, 2 ilə yaxın futboldan uzaq qalmışam. Həmin dövrdə belə müəyyən qədər futbolun içərisində idim”.
Həmsöhbətimiz bu gün 37 yaşını qeyd edir. Görəsən, 37-ci ad günündə Rüstəm Allahverdiyev özünə nə arzulayır?
“Özümə yalnız cansağlığı arzulayıram. Yaxınlarım, ətrafım bilir ki, 2023-cü il mənimçün gedişli-gəlişli bir il oldu. Sağlıqla bağlı müəyyən problemlərimiz oldu. İnsanın canı sağlam olduqdan sonra pul, iş - hər şey qazana bilər. Bu ildə qarşıma qoyduğum plan, məqsədlərimə çatmaq, həyata keçirməyi özümə və hər kəsə arzu edirəm”.
Azad NURİYEV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- Prezident “Qarabağ”ı təbrik etdi
- "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
- Elvin Məmmədov: “Səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik”
- Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- “Qurban olum, Qurban hocaya”
- Ramil Əhmədov Elitar divizionda rəqiblərini üstələdi
- Rusiya klubu "Neftçi"nin 150 minlik təklifini geri çevirib
-
18:57
Elxan Abdullayev: “Fərdi ustalıqda bizi qabaqlayırdılar”
-
18:13
Pirallahıda triatlon üzrə Azərbaycan çempionatı keçirilib
-
18:00
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
-
17:38
U-19 millimiz Özbəkistana uduzdu
-
13:45
Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
-
13:22
Dünya reytinqi: “Qarabağ” irəlilədi, “Araz-Naxçıvan” və “Zirə” gerilədi
-
12:04
Şəhid və qazi övladları “Neftçi”nin qonağı olublar FOTOLENT
-
11:31
Serbiya millisinin baş məşqçisi istefa verdi
-
11:16
Tovuz şəhər stadionunun son vəziyyəti FOTOLENT
-
10:59
“Neftçi”nin yarımmüdafiəçisi DÇ-2026-nın bir addımlığında
-
10:47
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
10:23
Azərbaycan cüdoçuları ilk gündə dörd medal qazanıblar
-
10:00
Türkiyə səfərdə Bolqarıstanı darmadağın etdi VİDEO
-
22:15
U-17 millimiz darmadağın oldu
-
17:43
Gəncədə Avropa çempionatı keçiriləcək
-
16:36
Millimizin oyunu qazaxıstanlı hakimlərə tapşırıldı
-
15:51
Boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcəklər
-
14:09
Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlandı
-
12:28
“Neftçi” üçün seminar
-
12:14
AFFA Santuşa təzminat ödəyib
-
11:47
Rebrov: “Azərbaycana qalib gəlməsək, bu qələbənin də dəyəri olmayacaq”
-
11:00
Rabyo: “Azərbaycan millisini qaçmağa məcbur etdik”
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:53
Rəşad Eyyubov biabırçı məğlubiyyəti şərh etdi
-
09:25
Ayxan Abbasov: “Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm”
-
09:12
Didye Deşam: “7 qol imkanımız var idi, 3-nü vurduq”
-
00:41
Millimiz Fransaya uduzdu
-
21:56
U-21-dən biabırçı məğlubiyyət
-
21:19
Şahmatçılarımız Ermənistana qalib gəldi
-
19:26
Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
-
19:01
“Barselona”nın futbolçusunun əvəzinə “Sumqayıt”ın Ronaldosu
-
18:17
“Araz-Naxçıvan” I Liqa klubu ilə heç-heçə etdi
-
17:58
“Ordu” “Quba”nı məğlub etdi
-
17:34
Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
-
16:45
Millimizin üzvü dünya çempionatında bürünc medal qazanıb
-
16:29
Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb
-
16:13
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
-
16:00
"Göygöl" və "Xankəndi" II mərhələdə
-
15:52
“1 saat sonra agentim yığdı, dedi ki, “Qarabağ”dan zəng vurublar”
-
15:36
“Atletik” - “Qarabağ” oyunu 110 manata...
-
15:13
Arnautoviç Avstriya millisinin rekordçusu oldu
-
14:48
"Neftçi" İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək?
-
14:27
Ulduz futbolçunun evində yanğın olub
-
14:09
"Bakı" hər iki oyununu səfərdə keçirəcək
-
13:31
Azərbaycanın 6 parapauerliftinqçisi dünya çempionatında çıxış edəcək
-
13:14
Əlcəzair millisi DÇ-2026-nın 20-ci iştirakçısı oldu
-
12:55
Azərbaycan millisinin qrupunda 12:0 hesabı
-
12:42
“Araz-Naxçıvan”ın qapıçısı Rumıniyaya qarşı oynadı
-
12:23
“Neftçi”nin yarımmüdafiəçisi darmadağını kənardan izlədi
-
12:00
“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”
12.10.2025
11.10.2025
10.10.2025













