26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qəbələ": 75-ci qələbə üçün

 

Bu həftə Topaz Premyer Liqasında XXV turun oyunları keçiriləcək. Tura Qəbələdə start veriləcək. Aprelin 5-də baş tutacaq qarşılaşmada yerli “Qəbələ” “Simurq”u qəbul edəcək.
 
Futbolxeber.az-ın məlumatına görə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən meydan sahibləri güclülər dəstəsində yubiley - 75-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. İndiyədək ölkə çempionatının yüksək liqasında 74 qələbəsi olan “Qəbələ” son  3 turda bu yubileyi təxirə salıb. AZAL, “İnter” və “Qarabağ”la görüşlərdə 75-i fəth edə bilməyən “qırmızı-qaralar” bunu “Simurq”la matçda gerçəkləşdirməyə çalışacaq.
 
Zaqatala təmsilçisi “Qəbələ”nin tarixində xüsusi yerə malikdir. Belə ki, komanda çıxış etdiyi bütün yarışlarda bu rəqiblə qarşılaşıb. Həm birinci divizion, həm Premyer Liqa, həm də kubokda 2 komanda üz-üzə gəlib. Ümumilikdə bu görüşlərin tarixi 2005-ci ildən başlayır. 8 ilə yaxın müddətdə 20 dəfə üz-üzə gələn komandalar eyni vaxtda – 2006-cı ildə elitaya yüksəlib.
 
21-ci duel ərəfəsində “Qəbələ”nin 9, rəqibinin 7 qələbəsi var. Daha 4 oyun heç-heçə başa çatıb. “Qırmızı-qaralar” indiyədək rəqib qapısına 24 top vurub və 17-ni buraxıb.
 
Premyer Liqadakı oyunlarda da “Qəbələ” top fərqində öndədir – 17:14. Lakin qələbə sayında tarazlıq hökm sürür – hərəyə 6 dəfə. 4 matçda isə qalib müəyyənləşməyib.
 
11-ci dəfə ev sahibi kimi zaqatalalıları qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə uduzub. Bu görüşlərdə top fərqi 14:6-dır.
 

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1

2012/13

04.08.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2012/13

16.12.2012

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:1

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30