13 May 2024, Bazar ertəsi
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

"Qəbələ" məşqləri bərpa etdi

Azərbaycan Premyer Liqasının 9-cu turunun oktyabrın 7-də keçirilən “Səbail”lə oyunundan (0:1) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” məşqləri bərpa edib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib.

Məşq prosesində komandanın altı üzvü iştirak etməyib. Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsində olduğundan, Asif Məmmədovla Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıb. Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən Kristof Atanqananın əməliyyat günü hələ dəqiqləşməyib. Oktyabrın 13-də ailə həyatı quracaq Əyyub Allaş isə vətənində olduğundan hazırlığa qatılmır.

Xatırladaq ki, “Qəbələ” 10-cu tur çərçivəsində keçiriləcək növbəti oyununu oktyabrın 22-də Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31