13 May 2024, Bazar ertəsi
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

“Liqada yerimizi qoruya bilməsək, Qax yenə 20 il futbolsuz qalacaq”

“Problem odur ki, komandamız yeni yaranıb. Praktika yoxdur. Buna görə də ilk 6 turda xal qazana bilməmişik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqada mübarizə aparan “Kümrük Qax”ın baş məşqçisi Telman Kərimov deyib.

VI turda “Dinamo”ya 0:3 hesabı ilə uduzan Qax təmsilçisinin baş məşqçisi heyət baxımından problem yaşadıqlarını bildirib: “Müdafiədə böyük çatışmazlıqlar var. Bu da səbəbsiz deyil. Son 25 ildə bizim rayonda futbol olmayıb. Bu gün heyətdə olanların hamısı rayon uşaqlarıdır”.

O qeyd edib ki, hazırda autsayder olsalar da, mütləq liqada qalmağa çalışacaqlar: “Əgər Liqadakı yerimizi qoruya bilsək, növbəti mövsüm üçün daha güclü kollektiv formalaşdırmağa çalışacağıq. İndiki halda hədəfimiz Liqada qalmaqdır. Çünki yerimizi qoruya bilməsək, Qax yenə 20 il futbolsuz qalacaq, xeyli geri düşəcəyik”.

T.Kərimov komandaya olan dəstəklərdən də söz açıb: “Rayondan komandamıza müəyyən qədər dəstək var. Sağ olsunlar, iş adamları dəstək olurlar. Lakin bu gün uğur qazanmağımız çox çətindir. Heyətimizdəki futbolçulardan 7-8 nəfəri 2006-cı il təvəllüdlüdür. Yəni 17 yaşları heç tamam olmayıb. Bəzi futbolçularımız isə yaşlıdırlar. Yaşlılar çatdıra bilmirlər, gənclər də təcrübəsizdilər. Gənclərlə yaşlıların vəhdətindən sintez yaratmasaq, işimiz çox çətin olacaq. Hazırda ən azı 2 nəfərə çox ehtiyacımız var. Bir müdafiəçi, bir də qol vuran hücumçu”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31