13 Dekabr 2019, Cümə
Yurçeviç göndərildi, yerinə isə...
“Qarabağ” “Düdelanj”la heç-heçə etdi
Millimizin sabiq üzvü həbs olundu
“Qəbələ”nin qapıçısına sərt cəza

Ölkə futbolu

Syomindən "Fair Play" mesajı

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. Futbolxeber.az-ın məlumatına görə, 2013-2014 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir. Artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı "Fair Play" qaydalarının tətbiqindəki problemləri xüsusilə qabartdı. "gabalafc.az" eksklüziv açıqlamasında Yuri Syomin bu barədə fikirlərini belə izah etdi: "Bu məsələ ilə bağlı futbolçularıma verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz  “Fair Play” qaydalarını  alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq. Həm “Fair Play”i, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində  toqquşma olanda, biz oynamağa davam edirik. Fərqi yoxdur, bu, bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını,  bir  dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda, oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görürlər və belə məqamda oyunun dayandırılması normaldır”.

Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq top bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu, onun hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu dayandırmaqla bağlı özləri qərar versinlər. Futbolçunun buna ixtiyarı yoxdur. Digər komandaların məsələyə münasibətinə gəlincə, bu, artıq onların öz işidir. Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31