26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

DİN Azərbaycan - Rusiya oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Bakıda Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.
 
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bu gün “Bayıl Arena”da keçiriləcək Azərbaycan-Rusiya futbol matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə  uymamağı tövsiyə edib.
 
E.Zahidov həmçinin bildirib ki, bu gün keçiriləcək futbol oyununda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.
 
Qeyd edək ki, ötən bazar günü Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30