9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Regekampf: "Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın "Medz Leqnisa" klubuna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında deyib:

"Nəticə önəmli deyil. Addım-addım çalışırıq ki, zədəli oyunçuları bərpa edək. İstəyirik ki, komandanı ilk rəsmi oyuna hazır edək. Zədəlilərin qayıdışına görə çox xoşbəxtəm. Onlara kömək etməliyik ki, qayıtsınlar və komandanın ritminə uyğunlaşsınlar. Sezar Meza Kolli uzun müddət idi oynamırdı. Hazırda ağrısızdır. Düşünürəm ki, gələcəkdə problem olmayacaq. Voyslav Stankoviçin də müalicəsi bitib və bizimlədir. Problemlərimiz var. İnanıram ki, getdikcə daha yaxşı olacağıq".

Regekampf Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqda da danışıb: "Ümid edirəm ki, bütün oyunçular bu matça qədər hazır olar. Bu, asan olmayacaq. Məşqlər bizim üçün önəmlidir. Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur. Bilirəm ki, "Sabah"la oyun çətin olacaq. Mənim üçün önəmli olan təlim-məşq toplanışını zədəsiz bitirək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31