26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Vadji: “Yayda məni transfer etmək istəyən 3-4 klub var idi”

"Qarabağ"dan "Sent-Etyen"ə transfer olunan İbrahima Vadji Fransa təmsilçisinə keçidi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı forvard deyib ki, yayda bir neçə klubdan təklif alıb:

"Buraya gəldiyim andan etibarən insanlar mənə çox yaxşı münasibət göstərirlər. Komanda yoldaşlarım da mənimlə yaxşı davrandılar. Yaşamaq üçün bir yer axtarıram. Keçmiş komanda yoldaşlarım Ben Karomoko və Abdullah Zubir mənə buradakı imkanlar barədə danışdılar.

Yayda məni transfer etmək istəyən 3-4 klub var idi. Amma Fransadan yox, başqa ölkələrdən. "Sent-Etyen" mənimlə maraqlanmağa başlayanda buraya gəlmək istədim. "Sent-Etyen"də bir çox seneqallı futbolçu oynayıb. Bu klub Seneqalda çox məşhurdur".

"Sent-Etyen"də də 25 nömrəli formanı geyinən Vadji seçimini belə şərh edib: "Mən "Qarabağ"da da eyni nömrəli formanı geyinirdim. Çünki 25 mənim qızımın doğulduğu tarixdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30