26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

PFL prezidenti “Qarabağ” klubunun rəhbərliyi ilə görüşüb

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovla “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, klubun ofisində baş tutan görüşdə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev də iştirak edib. 

Elxan Səmədov “Qarabağ” klubunun idarə heyətinin üzvü Fevzi Aras, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərova dəvətə və xoş münasibətə görə təşəkkür edib. 

Görüşdə Azərbaycan futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. 

Elxan Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klublarımızı narahat edən məqamlara zamanında müdaxilə etmək olduğunu bildirib. PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ” klubunun hər bir üzvünə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30