26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Novruz Əzimov Moldova klubunun baş məşqçisi təyin olundu

Təcrübəli məşqçi Novruz Əzimov karyerasını Moldovada davam etdirəcək. 

Futbolxeber.az saytının məlumatına görə, Əzimov yüksək liqada çıxış edən "Dinamo-Avto"nun baş məşqçisi təyin olunub.

Moldosa klubunun saytı bəyan edib ki, həmyerlimizlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Novruz Əzimov artıq komandanı məşqə çıxarıb.

Tiraspol təmsilçisinin azərbaycanlı idman direkotru Rəsul Allahverdiyev açıqlamasında bildirib ki, Əzimovla uğur qazanacaqlarına inanır: 

"Məmnuniyyətlə bildiririk ki, uzun müzakirələrdən sonra klubumuz təcrübəli mütəxəssis Novruz Əzimovla müqavilə imzalayıb. Layihəmizin xüsusiyyətlərini nəzərə alsaq, çoxlu nüanslar var idi. Lakin biz uğur qazanmağımıza kömək edəcək düzgün məşqçi tapdığımıza inanırıq. Biz gələcək üçün çalışırıq. Layihənin fundamental əsası var. İndi Moldova liqasında təcrübə qazanırıq. Biz tədricən inkişaf etmək niyyətindəyik və əminik ki, mütləq uğur qazanacağıq".

Qeyd edək ki Novruz Əzimov daha əvvəl "Bakı" və "Neftçi"də baş məşqçi, "Kəpəz"də məşqçi kimi çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30