26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qarabağ” hər şeydə bizdən üstündü”

“İndi heç nəyi dəyişə bilmərik. Hamı əsəbiləşir, amma təəssüf ki, bu matç bitdi. Özümü təxminən 3 il əvvəl Zaqreb “Dinamo”su ilə səfərdə 1:1 hesablı heç-heçə edəndən sonra evdə 4 qol buraxdığımız oyundakı və ya Avropa Liqasının qrup mərhələsində “Ludoqorets”ə 0:3 hesabı ilə uduzduğumuz matçdakı kimi hiss etdim”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Ferentsvaroş"un (Macarıstan) kapitanı Deneş Dibus Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a uduzaraq (1:3, ilk matç - 1:1) mübarizəni dayandırdıqları cavab oyunu barədə danışarkən deyib. Qapıçının sözlərinə görə, Ağdam təmsilçisi oyun baxımından "Ferentsvaroş"dan üstün olub: “İlk hissədə şanslarımız oldu, amma qol vura bilmədik. Hesabı bərabərləşdirmək vacib idi. Hesabı bərabərləşdirsəydik, matçın mənzərəsi, təbii ki, fərqli olardı. Düşüncə, sürət, dinamiklik, aqressivlik, taktika baxımından hər iki hissəyə pis başladıq. “Qarabağ” demək olar ki, hər şeydə bizdən üstündür. Bunu etiraf etmək lazımdır. İki matça əsasən, ən yaxşı olan komanda mərhələ adladı. Bu oyun göstərdi ki, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağa hazır deyilik”.

Dibus öz komandasının çıxışı ilə bağlı deyib: “Bu qədər ciddi səhvləri görmək əsəbiləşdirici idi və soyuqqanlılığımı saxlamaq mənim üçün çətin oldu. Çox pis qərarlar verdik, tez-tez səhv mövqedə qaldıq. Topu qazanmaq bizim üçün çox çətin olurdu. Top mərkəzə və ya hücum xətlərinə keçən kimi qonaq futbolçular artıq irəliyə getməyə hazır idilər. Üstəlik, uzun ötürmələrdən sonra tez-tez hücuma keçirdilər. Bunun qarşısını almağın nə qədər vacib olduğunu bilsək də, yenə də ayaqlaşa bilmədik. Uğursuz oynadıq, amma “Qarabağ” yaxşı idi, matça ən yaxşı şəkildə başladı. Onlar intensiv oynadılar və fərdi ustalıqları sayəsində qol vəziyyətlərindən yaxşı yararlandılar. Bunu demək çətindir, amma məncə, “Qarabağ” daha güclüdür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30