26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Misli” Azərbaycan Premyer Liqasının baş sponsoru oldu

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Misli”nin ölkə əhəmiyyətli idman tədbirlərinə dəstəyini nəzərə alaraq, əməkdaşlıq etmək qərarına gəldik. Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”.

“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında bu əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Misli” bu günədək ölkə üçün önəmli müxtəlif tədbirlərə, eləcə də idmanın inkişafı naminə layihələrə dəstək olub. Bu gündən etibarən isə Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq və bir çox sahələrdə olduğu kimi, futbolda da müvəffəqiyyətlər qazanacağıq”.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30