26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Azərbaycan millisinə uduzduğumuza görə bəhanəsiz danışmaq lazımdır"

"Belə matçlardan sonra şərh vermək çətindir. Uduzduğumuza görə bəhanəsiz danışmaq lazımdır. Eyni zamanda deməliyəm ki, yaxşı oynadıq, qol vəziyyətləri yaratmışdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin kapitanı Yevgeni Yablonski Millətlər Liqasının C qrupunun 4-cü turunda Azərbaycana Bakıda uduzduqları oyun (0:2) haqda danışarkən deyib.

O, "Pressball.by" portalına açıqlamasında bəxtlərinin də gətirmədiyini bildirib: "Nədənsə, qol vurmaq bizim üçün çox çətindir. Topun qapıya necə girmədiyini anlamıram. Nə desəm də artıqdır, hesab tablodadır. Dörd görüşdən sonra ortadakı nəticə gözlədiyimiz kimi deyil. Məncə, daha artığına layiq idik. İndi futbolçular klublarına yollanacaq, məşqçilər korpusu da nəyi səhv etdiyimizi təhlil edəcək. İşləməyə davam etməkdən, hazırlaşmaqdan və nəticə əldə etməkdən başqa əlacımız yoxdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30