26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Azərbaycan millisi müdafiə futboluna üstünlük verən komandadır"

"Rəqibimiz müdafiə futboluna üstünlük verən və meydanın mərkəzində təcrübəli oyunçulara malik komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Peter Pekarik Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur matçı barədə danışarkən deyib.

36 yaşlı müdafiəçi öz oyunlarına diqqət etməli olduqlarını bildirib: "Biz rəqibə oyun sahəsi versək, kombinasiyalı hücumlar qura bilərlər. Fəallıq, konsentrasiya və gücümüzü artırmalıyıq. Yalnız Qazaxıstana qarşı çıxışımız görüşün gedişini alt-üst etdi. Çoxlu vəziyyətimiz olmadı, amma əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

Pekarik baş məşqçi Ştefan Tarkoviçin istefaya göndərilməsi barədə də danışıb: "Bu, komandamız üçün heç də asan olmadı. Onunla peşəkarcasına vidalaşdıq. Qazaxıstanla matçdakı nəticəyə görə hamımız günahkarıq".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30