26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Canni De Byazi: "Heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik"

"Qazaxıstan və Belarusla oyunlarda rəqibdən üstün futbol oynadıq, keyfiyyətli oyun nümayiş etdirdik. Təəssüf ki, hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu amil bizi məyus edir. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi deyib. 

İtaliyalı mütəxəssis Slovakiya ilə görüş barədə bunları söyləyib: "Sabah bizi ağır oyun gözləyir. Slovakiyanın Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Slovakiya millisi qrupumuzun ən güclü komandasıdır. Oyunçularının çoxu İtaliyada, İngiltərədə çıxış edir, yüksək keyfiyyətə malikdirlər. Oyunlarını analiz etmişik. Qazaxıstanla oyunda çoxlu qol imkanları oldu, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".

De Byazi son 2 oyunan sonra səslənən tənqidlərlə bağlı fikirlərini bölüşüb: "Tənqidin olması normaldır. Bu, sizin və mütəxəssislərin işidir. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey mümkündür".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30