26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Ramin Quliyev: "Uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür"

"Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 5-ci tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandası hər iki qolu adi epizodlardan buraxıb. Quliyev bunu bəxtsizliklə əlaqələndirib. O, yaratdıqları epizodlardan maksimum yararlana bilmədiklərini söyləyib: "Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir".

Futbolçuların əzmkarlıq göstərdiyini deyən baş məşqçi sərt qərarlar verməyi doğru saymayıb: "Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirərdim. Adi vəziyyətdən qol buraxırıq, amma bir metrdən qol vura bilmirik. Bu gün Sebalyos yaxşı oynadı. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb, əsas heyət üzvüdür. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. 5 oyuna 1 xalımız var. Qərarı verən rəhbərlikdir. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacağam. Hər şeyi açıq danışacağam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq".

Quliyev növbəti turlarda rəhbərliyin inamını qaytarmağa çalışacaqlarını da dilə gətirib: "Növbəti turda "Keşlə" ilə qarşılaşacağıq. İki autsayder oynayacaq. Hərəmizin bir xalı var. "Keşlə"yə də xüsusi yanaşırıq. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil".

Baş məşqçi gənc futbolçu Camal Cəfərova irad deyil, inam verməyə çalışdığını da diqqətə çatdırıb: "Onu dəstəkləmək üçün yanıma çağırdım. Kənardakılara başqa cür görünməsin" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30