26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Abasov: "Olimpiakos"un addımını əlimizdə bayraq tutmaq istəmirik"

"İlk oyundan sonra artıq rəqib haqqında məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyun öncəsi böyük ajiotaj var: "İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. İtkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik".

Abasov heyətlə bağlı problemləri olduğunu etiraf edib: "Bu gün taktiki sxemdən danışmaq istəmirəm. Bəzi futbolçular barədə xəbər gözləyirik. Heyətimiz barədə düşünməliyik".

Baş məşqçi "Bakcell Arena"nın ot örtüyü ilə bağlı da danışıb: "Bu işə baxan insanlarla bilavasitə danışdım. Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. Durum necə olur-olsun, hər iki komanda üçün şərtlər eyni olacaq".

Abasov dəstəyə görə azarkeşlərə təşəkkür edib: "Fanatlarımız sağ olsunlar. Çox aktivdirlər, bizə kömək edirlər. Bizə verdikləri dəstək olduqca önəmlidir. Bu, oyunçuların psixoloji durumuna da təsir edir".

Təcrübəli mütəxəssis bərabərlik halında, komandasının 120 dəqiqəlik mübarizəyə tam hazır olduğunu vurğulayıb: "Mert Çelik və Namik Ələskərovdan başqa itkimiz yoxdur. Heç bir futbolçumuzun kənarda qalmasını istəmərik".

Abasov "Olimpiakos"un Bakıda məşqə çıxmaq istəməməsinə də münasibəıt bildirib: "Komandanın, baş məşqçinin iş prinsipi belədir. İnanmıram ki, bu, bizə qarşı atılan addımdır. Hansısa ölkəyə gedəndə biz də belə edə bilərik. Normal haldır. Bunu əlimizdə bayraq tutmaq istəmirik. Biz Yunanıstandakı oyunun davamını gətirmək, baxımlı oyunla azarkeşləri sevindirmək istəyirik. "Olimpiakos" kimi komandanın hansısa rəqibə qarşı belə düşüncədə olacağına inanmıram. Onların seçiminə hörmətlə yanaşıram".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30