26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Neftçi" çempion oldu - 7 ildən sonra

Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, sonuncu - 28-ci turun oyunları eyni gündə keçirilib.
 
Son turda çempionatın qalibi bəlli olub. Lider "Qarabağ" səfərdə ikinci pillədəki "Neftçi" ilə qarşılaşıb. Rəqibindən 1 xal irəlidə olan Ağdam təmsilçisi uduzub. Beləliklə, "Neftçi" 7 il sonra çempion olub.
 
Bürünc mükafatın sahibi də bu gün müəyyənləşib. Üçüncü pillədə yer alan "Zirə" "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Üçüncülük uğrunda yarışan digər komanda - "Sumqayıt" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.
 
Digər oyunda isə "Keşlə" "Qəbələ"ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb.
 
Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)
 
“Səbail” - “Sumqayıt” 0:1
Qol: Murad Xaçayev, 43
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”
 
"Sabah” - “Zirə” 2:1 
Qol: Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”
 
"Keşlə” - “Qəbələ” - 2:1 
Qollar: Şəhriyar Əliyvev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena”
 
20:30. “Neftçi” - “Qarabağ” - 1:0 
Qol: Ahmed Ahmedov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30