26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Meyxana ustaları seçimini etdi: “Neftçi”, yoxsa “Qarabağ”?

RƏŞAD DAĞLI: “ÜMİD EDİRƏM “NEFTÇİ” AZARKEŞLƏRİNİ SEVİNDİRƏCƏK”

Azərbaycan Premyer Liqası həyəcanı zirvə həddinə çatıb. 

Futbolxeber.az saytının məlumatına görə, ölkə futbolsevərləri son 10 ilin ən intriqalı mövsümünə şahidlik edir. Son turda üz-üzə gələcək “Neftçi”ylə “Qarabağ” qızıl medallarin taleyinə aydınlıq gətirəcək. Ölkəmizdə yetərincə populyar olan meyxanaçılar arasında da futbola həvəs gostərən yetərincə söz ustadları var.

Sport24.az onlardan beşi ilə əlaqə saxlayaraq “qızıl oyun”a rəng qatmağa çalışıb.

Ağamirzə Məmmədov: “Mən “Neftçi” azarkeşiyəm. Uşaqlıqdan bu komandaya könül vermişəm. “Neftçi” - “Qarabağ” matçını televiziya vasitəsi ilə izləyəcəm. Təəssüf ki, stadiona azarkeş buraxılmayacaq. Bayaq da dedim ki, uşaqlıqdan bu komandaya azarkeşlik edirəm. Bizə futbolu Anatoli Banişevski, Əli Rəhmanov, Səməd Qurbanov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov  kimi korifeylər sevdirib. Kim çempion olacaq? Allahın köməyi ilə əlbəttə ki, “Neftçi”. Niyə? Mən bu komandaya azarkeşlik edirəm. Bax, elə ona görə (gülür)”.

Ağamirzə Samirin qardaşını toylara aparacaq

Rəşad Dağlı: “Mən “Neftçi”yə azarkeşlik edirəm. Bu komandanı uşaqlıqdan dəstəkləyirəm. Bakı komandasıdı da. Zaur Tağızadənin oyununu çox bəyənirdim. Ümid edirəm “Neftçi” bu mövsüm azarkeşlərini sevindirəcək və qızıl medallara layiq görüləcək”.

Mehman Əhmədli: “Adına görə əlbəttə, hər birimiz “Qarabağ”ı uca tutmalıyıq. Amma mən “Neftçi”nin çempion olmasını istəyirəm. Kim çempion olacaq? Fikrimcə, “Qarabağ”in şansı daha çoxdu”.

Vasif Əzimov: “Azərbaycan klublarını heç vaxt bir-birindən ayırmamışam. Bəli, “Neftçi” daha köklü klubdur, “Qarabağ” komandası isə son 10 ildə adından söz etdirməyə başlayıb. Qitəmiqyaslı yarışlarda da ölkəmizə daha çox uğur qazandıran bu iki klub olub. Yox, qardaş, mən ayrı-seçkilik edə bilmərəm. Kim güclüdürsə, o da qalib gəlsin. Təki avrokuboklarda başımızı uca etsin hər iki kollektiv”.

Meyxanaçı Vüqar Topaz-da 144 min manat uddu

Vüqar Əbdülov: “Mən "Qarabağ" azarkeşiyəm. Bakilıyam, amma niyəsini deyim, siz də bilin. Çünki hələ futbolçu dövrlərindən Qurban Qurbanovla dostluq edirik. İkincisi, onun qurduğu komanda, oynatdığı futbol, ÇL, AL kimi turnirlərin qrup mərhələsinə qazanılan vəsiqələr. Hər bir futbol azarkeşi istəyər ki, ölkəsinin futbolu irəlidə olsun, inkişaf etsin. Biz isə hələ ki həmin inkişafdan geri qalırıq və ancaq "Qarabağ"ın sayəsində həmin turnirlərdə təmsil olunuruq. Həm də "Qarabağ"da yerli oyunçular da çoxluq təşkil edirlər. Qara, Mahir və digərləri. "Qarabağ"da legionerlərin yox, yerli oyunçuların fərqlənməsinə maraq göstərirəm. O ki, qaldı "Neftçi"yə... "Neftçi" o vaxtlardakı "Neftçi" deyil. İndidən deyə bilmərəm ki, kim çempion olacaq. Oyunçu aparsın! Amma ağdamlıların çempion olmasını arzulayıram. Həm də ona görə ki, ÇL təcrübəsi olan komandadır. "Çelsi", "Roma" kimi klublara qarşı oynayıb. Xüsusən də Qurban Qurbanov amili var mənim üçün. Bəlkə də nə vaxtsa Qurban bu komandadan uzaqlaşsa "Qarabağ" da mənim üçün bir az yadlaşa bilər. O, bu komandanı sıfırdan yığıb. Baş məşqçi kimi bu komandada tərcübə toplayıb. Düzdür, hər komandanın öz sistemi, maddi-texniki bazası, transfer siyasəti var. O vaxt Reynaldo komandaya gətirildi. Çox effektli transfer idi. İndi isə Zubir və ya digər legionerlər həmin effekti verə bilmirlər. Mən futzalda da "Araz Naxçıvan" komandasına azarkeşlik edirdim. Orda da komandada bir-iki yerli futzalçı var idi. Digərləri braziliyalılar idi. Mən də hər zaman istəmişəm öz yerli oyunçularımız fərqlənsin. Yaxşı nəticə olsun. Bu baxımdan deyirəm ki, Qurban müəllim olduğu müddətdə "Qarabağ" azarkeşi olaraq qalıram. Ümumiyyətlə, komandalarımızın milli ruhda olmasının tərəfdarıyam. Nə vaxtsa Qurban müəllim komandadan uzaqlaşsa və onu legioner məşqçi əvəz etsə, mən də komandaya qarşı bir o qədər isti münasibətdə olmaya bilərəm”.

Fərəc Aslanov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30