26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Türkiyənin Şimali İrlandiya ilə oyunu ləğv olundu

Türkiyə millisinin Şimali İrlandiya ilə yoldaşlıq görüşü ləğv olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "ay-ulduzlular"ın baş məşqçisi Şenol Güneş açıqlama verib. 69 yaşlı mütəxəssis belə bir qərarı Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyasının qəbul etdiyini bildirib.
 
Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.
 
Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.
 
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanya Bahçeşehir Okulları və ya "Oba" stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30