26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurban Qurbanov: "Hər şeyi gözə almışıq"

"Həm rahat, həm çətin oldu. Bu komandaya hər zaman ciddi yanaşmışıq. Aqressiv futbol oynamaq istəyir, hücumlarda aktiv iştirak edirlər. Qalib gəlmək üçün hər şeyi etdik. Səhvlər qaçılmazdır. Getdikcə, komanda daha səliqəli oynayacaq. Qarşıda cavab oyunu da var".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Donald Geryenin komandadan ayrılmasına münasibət bildirib: "Gerye çox ağıllıdır, onu yaxşı tanıyıram. Bizi aldada bilməz. Razılığımız olmasaydı, gedə bilməzdi. Onsuz da onun oynaması sual altında idi. Mənə dedilər ki, variant olsa, Geryeni buraxarsınızmı? İcazə verdik, getdi".

Qurbanov futbolçu ilə təzminatsız vidalaşdıqlarını söyləyib: "Bu keçiddən heç nə qazanmadıq. Hər ailədə kaprizli övlad olur. Bunun kollektivə təsiri də var. Düşünürəm ki, ən doğru qərar oldu. Bu, digər futbolçulara da təsir edirdi. Hər şeyi gözə almışıq. Heyətdə oyunçu çatışmazlığı var. Amma onları əvəzləyən futbolçular pis təsir bağışlamırlar".

Baş məşqçi qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev arasında fərq görmədiyini deyib: "Bu gün daha hazır olduğu üçün Balayevə şans verdik".

Qurbanov Kvabena Ovusunun 4 mövqedə oynaya bildiyini söyləyib: "Onda bu bacarıq var. Ona görə də fərqli mövqelərdə Ovusudan yararlanırıq. Belə futbolçulardan xoşum gəlir" (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30