26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Sabah” geri çəkildi: Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev məşqlərə qatıldı

3 gənc futbolçu - Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayevə qarşı qərəzsiz mövqe tutaraq onları əvəzedici heyətə göndərən “Sabah” rəhbərliyi geri addım atıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, adıçəkilən 3 futbolçu bu gündən “Sabah”ın məşqlərinə qatılırlar. Onlar əsas deyil, əvəzedici heyətin  hazırlığında iştirak edirlər.

Xatırladaq ki, Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev “Sabah”la yeni müqavilə imzalamağa tələsmədikləri üçün əvəzedici heyətə göndəriliblər. Əvəzedici heyət isə dünənə qədər məşqlərə başlamamışdı.

“Sabah” rəhbərliyinin tutduğu mövqe haqlı narazılığa səbəb olub. Xüsusən də son mövsüm “Sabah”ın əsas heyətində çıxış edən, gənclər yığmamızın aparıcı futbolçularından olan Şakir Seyidovun gələcək karyerasının riskə atılması etirazla qarşılanıb. Hətta dünən U-21 milli komandamızın baş məşqçisi Milan Obradoviç bununla bağlı “Report”a açıqlamasında demişdi: “Hazırkı durum məni qətiyyən razı salmır. Çünki Şakir Seyidov yığmanın liderlərindən biridir. Qarşıda Fransa seçməsi ilə oyunumuz var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30