26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Simurq" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir

Premyer Liqanın beşinci turunda "İnter"in qonağı olacaq "Simurq" hazırlıqlarını "Bayıl Arena"da davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, dünən növbəti məşqinə çıxan "Simurq" tam heyətlə çalışmalara başlayıb. Son hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri əsasən fiziki ağırlıqlı təmrinlər ibarət tapşırıqları yerinə yetirib. 
Məşqin əvvəlində gürcü mütəxəssis futbolçularını ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət edib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Bir saatdan artıq davam edən bu hazırlıq prosesindən sonra taktiki tapşırıqlardan ibarət ikitərəfli futbol oynanılıb. Məşqin sonunda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib. 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib.    
 

simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30