26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Sumqayıt”ın məşqçisi: “Təkrarda gördüm ki, əllə oyun var idi”

Azərbayan Premyer Liqasının IV turu çərçivəsində doğma “divarlar arası”nda “Zirə”yə 1:2 hesabı ilə uduzan “Sumqayıt”ın məşqçisi Elnur Çodarov mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən.

- İkinci qolda Tiqrudja əllə oynadı...

- Həmin anı görmədim. Amma oyundan sonra təkrarda gördüm ki, əllə oyun var idi.

- Sərtan Taşkını böyük ümidlərlə transfer etsəniz də, ikinci oyundu ki, tempə tab gətirmir. Problem nədədi?

- Doğru qeyd edirsiniz. Onun şəxsi həyatında müəyyən problemlər var. İnanırıq ki, hər şey qaydasına düşəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30