26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Səbail"dən ayrılıb tanınmış kluba keçdi

"Səbail"dən ayrılan Maudo Jarjuenin yeni klubu rəsmən müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, qvineya-bisaulu müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. 21 yaşlı futbolçu Bundesliqada mübarizə aparan "Avstriya" klubuna keçib. Vyana təmsilçisinin saytı gənc futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalandığını bəyan edib.
 
Jarjue klubun rəsmi saytına açıqlamasında transferi ilə bağlı danışıb: "Avstriya"ya gəldiyim üçün çox xoşbəxtəm. Olduqca möhtəşəm klubdur. Mənim üçün irəli addım və karyeramda növbəti səviyyəyə keçiddir. Böyük hədəflərim var. "Avstriya" ilə çox şey qazanmaq istəyirəm, beynəlxalq arenalarda oynamaq istəyirəm. Komanda ilə birlikdə faydalı olmaq üçün çox çalışacağıq".
 
21 yaşlı müdafiəçi Azərbaycandakı karyerası ilə bağlı da danışıb: "Portuqaliyada çox şeylər öyrəndim. Ancaq növbəti addımı atmaq önəmli idi. Azərbaycandakı yeni ortama tez alışdım və yaxşı zaman keçirdim. "Səbail"də önəmli təcrübə qazandım".
 
Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30