16 Oktyabr 2019, Çərşənbə
Millimiz İsveçrəyə uduzdu
U-19 San Marinoya qalib gəldi
VII turun hakim təyinatları
Millinin ən yaxşısı - Şeydayev

Ölkə futbolu

“Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

“Qəbələ”nin U-11 komandası Polşanın Krakov şəhərində keçirilən “Murapol Cup” turnirində mübarizəyə start verib.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə öncə yerli "Yagelloniya"ya 0:1 hesabı ilə uduzan "Qəbələ", növbəti matçda daha bir Polşa komandası ilə görüşüb. Bu dəfə Uğur Kişiyev və Hüseyn Xasməmmədlinin qolları “Qəbələ”yə "Lexiya" üzərində qələbə qazandırıb - 2:0. Hollandiya "Heerenveen"i ilə qolsuz bərabərlikdən sonra rəqib ABŞ təmsilçisi "Çikaqo İqls" olub.

Çoxsaylı imkanlardan, həmçinin penaltidən yararlana bilməyən Azərbaycan təmsilçisi bu rəqibinə minimal hesabla uduzub – 0:1. Günün sonuncu matçına yorğun çıxan “Qəbələ” futbolçuları "Mançester Yunayted"ə də müqavimət göstərə bilməyiblər - 0:2. Beləliklə, “Qəbələ” 4 xalla qrup mərhələsini 5-ci pillədə tamamlayıb. "Yagelloniya" (13 xal), "Heerenveen" (10), "Mançester Yunayted" (7) və "Çikaqo İqls" (6) 1/4 finala vəsiqə qazanıblar. 9-12-ci yerlər uğrunda mübarizədə “Qəbələ”nin ilk rəqibi "Rux" (Polşa) olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31