26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” Ukrayna klubu ilə qarşılaşacaq

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək.

Sənan Qurbanovun çalışdırdığı komanda hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. “Qəbələ” Bakıda “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Qarşılaşmanın ertəsi gün bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq.

İkigünlük istirahətdən sonra bir araya gələcək “qırmızı-qaralar” iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək.

Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. “Qəbələ” iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib.

İlk yoxlama oyununda komanda Ukrayna təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da “Qəbələ” kimi  Avropa Liqasında çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30