23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

Nazim Süleymanov: "Çox səmərəli görüşlərimiz oldu"

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri regionlarda görüşlərini davam etdirirlər. 
 
Futbolxeber.az saytının məlumatına görə, növbəti belə görüş Masallı rayonunda futbol ictimaiyyətinin nümayəndələri ilə keçirilib. Görüşdə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov, veteran futbolçular Səmədağa Şıxlarov, Samir Ələkbərov və Masallının futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
 
Nazim Süleymanovun verdiyi məlumata görə, Masallının futbol ictimaiyyətinə təşkilatın yaranma səbəbləri, məqsəd və məramı, gələcək fəaliyyəti ilə bağlı məlumat verilib: "Heç kimə sirr deyil ki, Azərbaycan futbolunda Masallının öz izi, dəsti-xətti var. Bu rayonun "Viləş” komandası futbolumuza xeyli istedadlı oyunçular bəxş edib. Çox təəssüf ki, "Viləş” fəaliyyətini dayandırdı. Ancaq o komandanın uğurlarında pay sahibi olan veteranları futbol sahəsindən silmək olmaz. Onların təcrübəsi, dünya görüşü yeni futbolçu nəslinin yetişdirilməsi üçün olduqca vacib amildir. Həmin şəxslərlə görüşdə təşkilatın fəaliyyətini necə gördükləri ilə bağlı müzakirələr apardıq. Onların təkliflərini dinlədik".
 
Süleymanov bildirdi ki, belə veteranların potensialından istifadə etməliyik: "Çox təəssüf ki, bu gün həmin şəxslər futbol təsərrüfatından uzaq salınıblar. Hər hansı bir təşkilat da olmayıb ki, bu insanlar orda təmsil olunub sözlərini deyə bilsinlər, təkliflərini səsləndirsinlər. Bir sözlə, futbolumuzun inkişafı naminə bilik və bacarıqlarını sərf etsinlər.  Masallıda çox səmərəli görüşümüz oldu. Futbol ictimaiyyətinin nümayəndələri həm təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər, həm də ümumilikdə Azərbaycan futbolunun durumu ilə bağlı müzakirələr apardılar, təkliflərini səsləndirdilər”.
 
Süleymanov bildirdi ki, belə görüşlər davamlı olacaq. Qeyd edək ki,  Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin ilk görüşü Gəncədə baş tutmuşdu.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31