18 Avqust 2019, Bazar günü
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı
"Qarabağ" "Keşlə"ni məğlub etdi
"Neftçi" erkən qol vursaydı...”

Ölkə futbolu

“Qəbələ”dən növbəti çempionluq

“Qəbələ” U-16 Liqasının çempionu olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu, yarışın 23-cü turunda rəsmiləşib.

Səfərdə İsgəndər Cavadov BFA ilə görüşən “qırmızı-qaralar” rəqib meydanında 6:0 hesablı qələbə qazanıb. Qələbədən sonra komanda xal hesabını 61-ə çatdırıb.

Liderin ən yaxın izləyicisi “Sabah”ın turu xal itkisi ilə başa vurması qızıl medalların taleyinə aydınlıq gətirib. “Sumqayıt”la qarşılaşmada 1:1 hesablı heç-heçə edən bakılıların aktivindəki xal sayı 52-yə yüksəlib. Nəticədə yarışın sonuna 3 tur qalmış “Qəbələ” ilə izləyicisi arasında xal fərqi 9-a çatıb. Şəxsi oyunlarda (1:0, 2:1) paytaxt təmsilçisini üstələyən “qırmızı-qaralar” izləyiciləri üçün əlçatmaz olub və çempion titulunu təmin edib.

Xatırladaq ki, bu, “Qəbələ”nin cari mövsümdə qazandığı ikinci tituldur. U-16-dan əvvəl U-19 komandası da Azərbaycan çempionu adına yiyələnib

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31