19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Elşad Əhmədov: "Niyə də inanmayaq ki?"

"Kubok oyunu gərginliyi ilə yadda qaldı. İkinci hissənin sonunda qol imkanlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Bu, öz günahımızdır. İlk hissənin sonuna yaxın boşluq yaratdıq, rəqib bundan yararlandı. İkinci hissədə daha maraqlı matç alındı. Cavab görüşündə daha yaxşı oynayıb mərhələ keçmək istəyirik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları səfər qarşılaşmasından sonra mətbuat konfransda deyib.
 
48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
 
- Səfərdə qol lazım olduğu halda, iki gənc futbolçunu - Şakir Seyidovla Emil Qasmovu meydana buraxdınız. Bu anlaşılmaz qərarınız nə ilə bağlı idi?
 
- Onlara digər futbolçular kimi inanıram. Şakirin qol vəziyyəti oldu. Niyə də inanmayaq ki? Gənclərə şans vermək istəyirik. Onlar "Sabah"ımızın sabahıdır.
 
- Qış transfer dövründə bol transfer gözləməyə dəyər?
 
- Bol yox, bizə 1-2 futbolçu lazımdır. Hücumda problemimiz var. Marko Deviç zədəli olanda çətinliklə üzləşirik. Ön xətdə dəyişiklik olması gözlənilir.
 
- Cavid İmamverdiyev kapitan olsa da, göründüyü kimi, lider deyil...
 
- Razı deyiləm. Elə matçlar olur ki, zəif oynayır. Ancaq həlledici məqamlarda səhnəyə çıxdığı anlar olur. Cavidə inanırıq.
 
- Futbolçularınız oyun boyu sürüşürdü. Bu, nə ilə bağlı idi?
 
- Meydançada otun azlığı var idi, çox götürmüşdülər. Dünən burada yox, ehtiyat meydançada məşq etdik. Əsas meydançanı hiss etməyimiz, uyğunlaşmağımız lazim idi. Futbolçularımıza demişdik ki, ehtiyat butsularınızı götürün. Keçən dəfə Qəbələdəki oyunda da belə çətinliklə üzləşmişdik. Göründüyü kimi, "Qəbələ"nin futbolçuları sürüşmürdü.
 
- Mərhələ keçmək şansınız indi nə qədərdir?
 
- Oyundan əvvəl bərabər idisə, indi 60-40 faiz "Qəbələ"nin xeyrinədir ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31