26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Maksim Medvedev: “Çalışacam ki, bu rəqəmi daha da yüksəldim”

“Özümə də xoşdur ki, “Qarabağ” tarixində ölkə çempionatlarında ən çox oyun keçirmək rekordu mənə məxsusdur. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.

Müdafiəçi Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu olduğu üçün qürur duyduğunu bildirib:

"Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdür, bu qədər oyun keçirmək çox çətindir, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidir. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdır”.

Qeyd edək ki, M.Medvedev sözügedən rekordu Topaz Premyer Premyer Liqanın 11-ci turunda "Qəbələ" ilə keçirilən oyunda yeniləyib. O, Aslan Kərimovun rekordunu qırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30