26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Ceyhun Sultanov karyerasını rəsmən bitirdi

Milli komandamızın sabiq üzvü olan Ceyhun Sultanov rəsmən futbolçu karyerasını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi dünən “Bakı” ilə baş tutan görüşün əvvəlində topa toxunuşu edib və bundan sonra meydançanı alqış sədaları altında tərk edib. “Qəbələ” ilə hələ müqaviləsinin qalmasına baxmayaraq, Ceyhunun dizində olan zədəsi ona futbol oynamağa imkan vermirdi. Bu üzdən futbolçu “Qəbələ”nin yeni mövsüm hazırlıqlarında da iştirak etməmişdi.

Qeyd edək ki, karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo”, “Maşinsazi” (Təbriz), “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” və “Qəbələ”də çıxış edib. Millimizdə 16 oyuna 1 qol vuran Ceyhun qışda keçdiyi “Qəbələ”də cəmi 3 matça çıxa bilmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30