19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ruslan Qurbanov: "İstənilən futbolçunu dayandırmaq mümkündü"

"Səbail”in forvardı Ruslan Qurbanov Futbolxeber.az saytına müsahibə verib:
 
- Premyer Liqanın beşinci turu çərçivəsində “Sabah”la qarşılaşacaqsınız. Bu görüşdə qələbə şanslarınızı necə dəyərləndirirsən?
 
- “Sabah” yaxşı komandadı. Turnir cədvəlindəki mövqeyi də bunu deməyə əsas verir. Çox ciddi şəkildə oyuna köklənmişik.
 
- Rəqibin heyətində çıxış edən Marko Deviç hazırda çempionatın bombardiridi. Onun barəsində nə düşünürsən?
 
- Deviçlə tanışlığım yoxdu. Sadəcə bilirəm ki, o, bombardirlər siyahısında liderdi. Oyunda görəcəyik onu.
 
- Hər tur qol vuran Deviçi necə saxlamağı planlaşdırırsız?
 
- İstənilən oyunçunu dayandırmaq olar. Hər oyunda qol vurması isə, Deviçin yaxşı futbolçu olmasını göstərir.
 
- “Zirə” ilə görüşdə sizə qələbə verildi. Yəqin ki, indi atmosfer daha yaxşı olar?
 
- Heç kimin “Zirə”nin yerində olmasını istəməzdim. Amma futbol belədi və qanunları da var. Komandamızdakı atmosfer isə yaxşıdı.
 
- Hazırda “Səbail” turnir cədvəlinin dördüncü pilləsindədi. Bu nəticədən razısız?
 
- Əlbəttə ki, sevindirici haldı. Çünki bizim yeni komandamız var. Dördüncü pillədə olmağımız isə hələ heç nə demək deyil. Oyunlar hələ qarşıdadı.
 
- Dünən FİFA-nın yeni reytinq cədvəli açıqlandı. Azərbaycan millisi üç pillə də geriləyib 108-ci pilləyə düşüb...
 
- Gərək qələbələr qazanaq. O zaman millinin turnir cədvəlindəki mövqeyi də düzələcək.
 
- Azərbaycan çempionu “Qarabağ”ın dünən “Sportinq”ə məğlubiyyətini izlədin? Səncə, “Qarabağ” Lissabondan niyə xalla dönə bilmədi?
 
- “Sportinq” yaxşı komandadı. Bu komanda daima Çempionlar Liqasında çıxış edir. “Qarabağ” göstərdi ki, Lissabondan bir xalı gətirmək olardı. Təəssüf ki, “Qarabağ” uduzdu. Bu komandaya qarşıdakı görüşlərdə uğurlar arzu edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31