26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qarabağ"ın legioneri: "Bakı Dubay və Vyananın vəhdətini təşkil edir"

"Azərbaycan Premyer Liqası 8 komandalı maraqlı çempionatdı. Yarışda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir, əmək haqqlarının ödənilməsində heç bir gecikmə yoxdu”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Simeon Slavçev gong.bg portalına müsahibəsində deyib.
 
Yay fasiləsində Ağdam klubu ilə 3 illik müqavilə bağlayan 24 yaşlı yarımmüdafiəçi “Qarabağ”da özünü xoşbəxt hiss etdiyini bildirib: “Stadionlar kiçik də olsa, hamısı təzə və yaxşıdı. Eyni səviyyədə 3 komanda var - “Qarabağ”, “Qəbələ” və “Neftçi”. Son illər aktiv şəkildə rəqabət aparırlar.
 
Bildiyiniz kimi, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Paytaxt Dubay və Vyananın yaxşı vəhdətini təşkil edir. Mənim çox xoşuma gəlir. İnsanlar arasında bir-birlərinə qarşı hörmət var. Bunu ilk günlərdən gördüm. İrəliyə baxıram. İndi “Qarabağ”da çox xoşbəxtəm. Bu klubla müqavilə bağladığım üçün şadam. Gələcəkdə məni uğurlu mövsümlər gözlədiyimi düşünürəm. Bura tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə rəğbət bəsləyir. “Sportinq”də isə belə şey yox idi. Bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.
 
Bolqarıstanlı futbolçu sabiq klubu – Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliya təmsilçisi “Sportinq”də potensialının düzgün qiymətləndirilmədiyini söyləyib:
 
“Sportinq”də hədsiz iddialı idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. Əminəm ki, komandanın azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər.
 
Onlar mənim üçün böyük məbləğ ödəndiyinin fərqindədirlər, lakin niyə meydana çıxmadığımdan xəbərsizdirlər. Bu, mənim yox, məşqçilər korpusu və rəhbərliyin problemidir. Məni dəfələrlər öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. Onların “Liteks”də olduğu barəmdə düzgün qərarlar verəcəyini düşünürdüm. Səhv etdim. “Sportinq”ə gedişim düzgün deyildi. Bu klubla bağlı xoş xatirələrim yoxdur”.
 
Slavçev bolqarıstanlı idmançı və məşqçilərin Azərbaycan kimi ölkələrdə özlərini göstərə biləcəklərinə inamınl ifadə edib. O, digərləri üçün qapı açdıqlarını vurğulayıb:
 
“Reallıq budu ki, Qərbdə bolqarların yaxşı nüfuzu yoxdur. Heç kim Bolqarıstandan olan birini klub sahibi və ya məşqçi kimi gözləmir. İndi bizi üçüncü dünya ölkələrində daha çox axtarırlar. Bunu nəzərə almalıyıq.
 
Ona görə də bizim yüksək səviyyəli mütəxəssislərimiz burada işləmirlər. Həqiqətən, bolqarlar Şərqdə yaxşı ad qazanırlar. Biz digər futbolçular, idmançılar və məşqçilər üçün qapı açırıq. Bu, çox yaxşıdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30