26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qara qırmızı vərəqəni boş yerə almadı, təhlükəli hücumun qarşısını aldı"

"Olimpiya" yaxşı komandadı. Meydanda da yaxşı görünürdülər. "Qarabağ"ın səfərdən uğurlu nəticə ilə qayıtması sevindiricidi".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Qarabağ"ın keçmiş oyunçusu Azər Cabbarov deyib.

Ağdam klubunun uğurları üçün tər tökmüş Cabbarov sabiq komandasının Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Olimpiya" ilə görüşünü şərh edib. O, Sloveniya klubu ilə ilk görüşdə qırmızı vərəqə alan və cavab matçını buraxmağa məcbur olan Qara Qarayevin olmamasının "Qarabağ" üçün böyük itki olduğunu söyləyib: "Qara Qarayev qırmızı vərəqəni boş yerə almadı. Həmin epizodda rəqibi dayandıraraq, "Olimpiya"nın təhlükəli hücumunun qarşısını aldı. Qara Qarayev komandanın liderlərindən biridi. Cavab matçında Qarasız çətin olacaq.

Amma istənilən halda "Qarabağ"ın Bakıda "Olimpiya"ya qalib gələ biləcəyini düşünürəm. Bakıdakı görüş də çətin olacaq. Hər halda "Qarabağ"ın qələbə qazanacağına inanıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30