26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Əhməd Ələsgərov: "Həmin gün masajçını da meydana buraxsaydım, döyüşəcəkdi"

 

Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Portuqaliyanı qəbul edəcək. 14 il öncə millimiz Fiqulu, Rui Koştalı Portuqaliya millisi ilə heç-heçə oynadı - 1:1. Həmin vaxt milli komandamıza rəhbərlik edən Əhməd Ələsgərov 1999-cu ildə baş tutan qarşılaşmanı yada salıb. Futbolxeber.az-ın məlumatına görə, Ələsgərov "Futbol+" qəzetinə verdiyi açıqlamada Portuqaliyaya baş tutan tarix oyunu belə xatırlayıb: "Meydana çıxıb öz futbolumuzu oynadıq. Portuqaliya millisinin oyunçuları Avropanın aparıcı klublarında top qovur, gündə iki məşqə çıxırdı. Bizimkilərin ən yaxşısı isə Rusiyada oynayırdı. Aradakı səviyyə fərqi böyük idi. O vaxt uşaqları pul qətiyyən maraqlandırmırdı, hər kəs öz adı üçün oynayırdı. İndi mənə deyirlər ki, Azərbaycan futboluna böyük pullar xərclənir, futbolçuların maaşı olduqca yüksəkdi. Buna görə də onları nəticə maraqlandırmır. 5-6 ay maaş verməsələr, lap İngiltərəni də udarlar. Bunu sizə mən dey1irəm. Oyunlardan öncə paltardəyişmə otağında futbolçulara deyirdim ki, özünüzü kişi hesab edirsinizsə, onların qol vurmasına imkan verməyin. Bu sözümdən sonra futbolçular sanki vəhşiləşirdi. Hər dəfə başqa sözlərdən istifadə edirdim. Və ən əsası oyundan 1-2 gün öncə futbolçulara rahatlıq verir, kiminsə xətrinə dəymək istəmirdim. Yalnız matçdan 2-3 saat öncə bir yerə toplayıb, son tapşırıqlarımı verirdim. Portuqaliya ilə görüşün 60-cı dəqiqəsindən sonra futbolçularım meydanda yeriyirdi, qaçmağa gücləri qalmamışdı. Buna baxmayaraq yekun nəticədə yenilmədik. Bilirsiniz niyə? Çünki hamı qələbəyə köklənmişdi. Masajçını da meydana buraxsaydım, döyüşəcəkdi. Çətin rəqiblərlə oyunda taktika, fiziki hazırlıq - hamısı boş şeylərdi.  Ən vacibi futbolçuların psixoloji cəhətdən hazır olmasıdı. Sizə açıq deyim, mən Portuqaliyanın oyunun xüsusi şəkildə təhlil etməmişdim. Bütün enerjimi futbolçuları oyuna kökləməyə sərf edirdim. Qışqırmağım, söyməyim qələbəyə hesablanmışdı. Heç kim məndən incimirdi. İndiki yığmadan xəbərim yoxdu. Ona görə də məsləhət verə bilmərəm. Baş məşqçi necə məsləhət bilirsə, elə də etsin”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30