26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Millimizin qapıçısı: "Belarus və Portuqaliyanı məğlub etmək istəyirik"

Çimərlik futbolu üzrə milli komandamızın qapıçısı Vaqif Şirinbəyov Futbolxeber.az saytına açıqlama verib.

Avroliqanın ilk oyununda Fransaya 4:1 hesabı ilə qalib gəldiyi görüşdə inamlı qurtarışları ilə yadda qalan qolkiper bu haqda da danışıb:

“Fransaya qarşı oyun çox çətin keçdi. Rəqibimizlə iki il bundan qabaq qarşılaşmışdıq. Yaxşı futbolçuları var, Fransa yaxşı komandadı. Öz imkanlarımızın 60 faizindən istifadə etdik. Bizim uşaqlar da sona kimi mübarizə apardı. İstənilən turnirdə ən önəmlisi birinci oyundu. İlk oyunda qalib gələndən sonra hər şey daha yaxşı olur. Sadəcə bəzi anlar var idi ki, nəsə çatışmırdı. Bu da yəqin ki, həyəcanla bağlı idi. İlk oyunda istər-istəməz həyəcanlı olursan. Üstəlik evdə oynayırdıq. Bunun müsbət tərəfi də var, mənfi tərəfi də”.

Şirinbəyov tribunaların dolu olmamasına da münasibət bildirib: “Bakı-2015-də giriş biletli idi, bilet tapmaq çətin idi. Buna baxmayaraq stadion dolu olurdu. İndi isə giriş pulsuzdu. Bəlkə də beşinci gün idi deyə, camaat işdə idi. Ona görə stadion dolmamışdı. Bizi dəstəkləməyə gələn insanlara təşəkkürümü bildirirəm. Ümidvaram ki, növbəti oyunlarda daha çox azarkeş olacaq”.

Fransa ilə oyunda yığmamızın qələbəsində önəmli qurtarışları ilə mühüm rol oynayan kiper qurtarışlar haqda da fikirlərini bildirib: “Çimərlik futbolunda nəticə 90 faiz qapıçıdan asılıdı. Bir dəqiqə ərzində 3-4 zərbəni dəf etməlisən. Ya da elə olur ki, bir dəqiqəyə 3-4 qol buraxırsan. Çalışıram ki, hər zaman komandanı xilas edəm”.

“İki ildi ki, A divizionundayıq. Bu elit yarışdı. Ondan əvvəl 8 il B divizionunda oynamışıq. Ortabab komandaydıq, ancaq iki ildi ki, A divizionundayıq. Bu divizionunda rəqib heç bir səhvi bağışlamır. Baş məşqçimiz də çox çalışır. Belarusla görüşdə də yaxşı nəticə qazanmaq istəyirik. Həm Belarus, həm də Portuqaliyanı məğlub etmək istəyirik. Taktiki, fiziki cəhətən də oyunlara tam hazırıq. Komandamız hazırda çox yaxşı formadayıq. Ev sahibiyik, öz meydanımızda özümüzü daha yaxşı hiss edirik” – deyə, Vaqif Şirinbəyov fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30