26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Vaqif Sadıqov: "İçimdəki səs bu oyunda qalib olmayacağını deyir"

"Bizi iki tanış rəqibin arasında maraqlı oyun gözləyir".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Reytinqa Bukmeykerov" saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Bu gün Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirən mütəxəssis bəzi amillərin bu görüşə əlavə intriqa və rəng qatacağını söyləyib:

"Birincisi, hər iki komanda Millətlər Liqasında təkcə qruplarının deyil, həmçinin yer aldıqları divizionun favoritləridir. İkincisi, bu mövsüm həm Azərbaycan çempionu "Qarabağ", həm də Qazaxıstan çempionu "Astana" avrokuboklarda uğurlu çıxış ediblər. Bu komandalar millinin özəyini təşkil edirlər ki, bu da oyuna bir başqa özəllik verir. Üçüncüsü isə hər iki yığmanın baş məşqçisi komandanı bu ildən çalışdırır".

V. Sadıqov hər iki komandanın meydana qələbə üçün çıxacağını bildirsə də, görüşün heç-heçə başa çatacağını düşünür: "Onu da qeyd etmək lazımdır ki, Millətlər Liqasının startına çox az vaxt qalıb. Hər iki komanda yoldaşlıq oyunlarının gedişində əsas və ehtiyat heyətin müəyyənləşdirilməsindən tutmuş oyun üslubunun seçilməsi və onun təkmilləşdirilməsinə qədər bir çox məsələləri həll etməlidir. Psixoloji hazırlıq qarşıya qoyulmuş vəzifənin həllinə təkan vermək üçün əhəmiyyətli olacaq. Komandada qələbə ruhu hökm sürəndə psixoloji durum da qaydasında olur. Bu isə hər iki komandanın bu gün qələbə qazanmaq üçün meydanda maksimum gücünü ortaya qoyacağını söyləməyə imkan verir. Qoy, ədalətli oyunda güclü qalib gəlsin. Baxmayaraq ki, içimdəki səs bu oyunda qalib olmayacağını deyir. Gözləyəcəyik və bu komandaların növbəti dəfə Millətlər Liqasının finalında üz-üzə gələcəyinə və həmin oyunda qalibin mütləq müəyyənləşəcəyinə ümid edəcəyik".

Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasındakı yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30