Ölkə futbolu
Rəşad Sadıqov: "Hamı deyir, yalnız Ruslanla Bədavi var"
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda "Keşlə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Oyunun ağır olacağı öncədən bilinirdi. Çünki "Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə ciddi müqavimət göstərir. Cəmi 2 oyundan məğlubiyyətləri vardı və 90-cı dəqiqədə qollar buraxmışdılar. Digər tərəfədən, uzun müddətdir komandamız bir yerdə deyildi. Hər zaman millinin toplanışlarından sonra bu cür problemlər yaşayırıq. İlk hissə bizim üçün çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. Amma fasilədən sonra toparlandıq və öz oyunumuzu sərgiləməyə başladıq. Qolu da yaxşı vaxtda vurduq. Lakin təəssüf ki, bundan sonra fərqlənə bilmədik. Yetərincə qol imkanımız var idi. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. "Keşlə” üçün maraqlı oyun oldu. Fikirləşirəm ki, bir xal da bir xaldır.
- Komanda yoldaşınız Maksim Medvedev bildirimişdi ki, Qurban Qurbanov millinin baş məşqçisi olduğu üçün rəqib futbolçular "Qarabağ”la oyunlarda özlərini ona göstərmək üçün daha əzmlə çıxış edirlər. Bu gün də "Keşlə”nin oyunçuları əvvəlkindən istəkli idilər. Bu fikirlə razısınız?
- Təbii ki, elədir. Millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Yığmanın son toplanışı üçün açıqlanan heyətdən hamı gördü ki, özünü yaxşı tərəfdən göstərənlər dəvət alacaqlar. Ona görə də hamı bundan istifadə etmək istəyir. Görürsən ki, motivasiya ilə oynayırlar.
- Matçın gedişində sizin özünüzdə də aqressivlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?
- Məğlubiyyətlə əlaqədar idi. Oyun alınmırdı, uduzurduq. Belə hallarda həmişə bu cür olmuşam.
- Pərdis Fərcad-Azada əsəbləşdiniz...
- Əslində əsəbləşdim, amma bu, kobud formada deyildi. Millidə bir yerdə oynamışıq.
- Baş məşqçisi olduğunuz Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirdi. İrlandiya ilə səfər matçında rəqib qələbə qolunu 90+9-cu dəqiqədə vurdu. Niyə buna etiraz etmədiniz?
- Etiraz etməyin mənası yox idi. Məğlub olduğumuz üçün təəssüf hissi keçirirəm. Uşaqlar çox yaxşı oynamışdılar və ən azı bir xal götürməyə layiq idilər. Yaxşı əks-hücumlarımız oldu. Qol vurub, qələbə də qazana bilərdik. Təəssüf ki, alınmadı. Məni sevindirən odur ki, uşaqlar istək və inamla oynayırdılar. Rəqibin heyətində tanınmış futbolçular vardı. Lakin onlardan çəkinmirdilər, ürəklə oynayırdılar. Ən vacibi budur. Düşünürəm ki, qalan şeylər də düzələr.
- İrlandiya ilə görüşün əsas vaxtına niyə bu qədər əlavə olunmuşdu?
- Matça 5 dəqiqə əlavə olunmuşdu. Beşinci dəqiqənin başa çatmasına 20 saniyə qalmış Mahir Mədətov zədələndi, oyun təxminən 2 dəqiqə durdu. Bəlkə də Mahir yıxılmayıb dursaydı, hakim görüşü bitirəcəydi. Çünki top meydançanın rəqibə aid hissəsində idi. Sanki bu zədə hakim üçün vaxtı artırmaq üçün səbəb oldu. Bundan sonra istədiyi qədər uzada bilərdi. Sonradan da baxmışam, 20 saniyə qalmışdı. Amma biz təxminən 2 – 2,5 dəqiqə oynadıq. Əslində, təhlükəli epizod da yox idi. Topu soyuqqanlı şəkildə uzaqlaşdırdıq. Sadəcə olaraq, qayda pozuntusuna yol verdik. Qapımıza cərimə zərbəsi təyin olundu və rəqib də bundan istifadə etdi. Bütün oyun boyu də rəqib standart vəziyyətdən istifadə etməyə çalışırdı. Amma uşaqlar çox inamlı oynayırdılar. Düzdür, son 2 oyunda standart vəziyyətdən 2 qol buraxmışıq. Lakin uşaqlardan çox razı qaldım. Onların çıxışı məndə müsbət fikir oyadır.
- Əsas millidə görüləsi iş daha çoxdur, yoxsa U-21-də?
- Çətin sualdır. Bu gün işlər bütün millilərin düzəlməsi yönündə gedir. Ciddi, sistemli şəkildə iş getməlidir ki, yavaş-yavaş aşağıdan futbolçu çıxmağa başlasın. İstəyirik ki, milli səviyyəsinə gələndə futbolçular taktiki baxımdan savadlı olsunlar. Yığmaya gələn futbolçu 2 -3 gün ərzində matça çıxır. Bu cür işlər aşağı yaş qruplarından aparılır. Bir çox başqa ölkələrin millilərində bu cürdür. Kosovo yığması bizimlə oyun üçün iki gün məşq etmişdi. Amma meydanda Avropada yetişən futbolçuların hesabına oynayırdılar. Biz də çalışıb aşağı yaş qrupunda elə oyunçular yetişdirməliyik ki, əsas milliyə gələndə Qurban Qurbanovu yarı sözlə başa düşsünlər.
- Qurban Qurbanov bildiridi ki, lazım olsa, Rəşad Sadıqov milliyə qayıdacaq. Yəqin ki, son qərarı özünüz verəcəksiniz...
- Bu gün gündəmdə olan söhbət deyil. Yığma karyeramı bitirən zaman, hələ Qurban müəllimin baş məşqçi postuna təyinatından da öncə demişdim ki, milli karyeramı başa vururam. Hamı deyir ki, komandada stopper problemi yaşanır, yalnız Ruslan Abışovla Bədavi Hüseynov var. O zaman da demişdim ki, lazım olsa, hər zaman kömək etməyə hazıram. Mən o cümləni demişəm. Qurban müəllim də eyni cümləni deyib. Yəni, birdən lazım olaramsa, dönüşüm baş verə bilər. Amma hazırda gündəmdə deyil.
- UEFA Millətlər Liqasında vəziyyət pis olsa, qayıdacaqsınız?
- Vəziyyət pis olmasın, ehtiyac olsa, qayıda bilərəm. İnanıram ki, ehtiyac olmayacaq. Uşaqlar yaxşı formadadırlar. Oyundan-oyuna artırırlar. Bu, sevindirici amildir. Düzdür, matçlara az qalıb və bu müddət ərzində 2-3 yoldaşlıq görüşü olacaq. İlk matçımız Kosovoya qarşıdır. Finala bərabər oyun olacaq. Çünki son görüşümüz də onlarla səfərdə olacaq. Onlar evdə çox aqressiv və istəklidirlər. Heyətlərində Avropada çıxış edən təcrübəli futbolçular var. Maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdır
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib